Bankomat və POS-terminalların sayı artıb | Banco.az

Bankomat və POS-terminalların sayı artıb

2019-cu ilin fevral ayında Azərbaycanda vətəndaşlara xidmət göstərən bankomatların və POS-terminalların sayı artıb. Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, fevralda 2.524 bankomat əhaliyə xidmət göstərib. Yanvar ayında bu göstərici 2.510, 2018-ci ilin son ayında isə 2.502 ədəd olub. Fevralda bankomatlardan 1.343-ü Bakıda, 1.181-i isə bölgələrdə fəaliyyət göstərib.

Bu ilin fevral ayında ölkədə POS-terminalların sayı 44 ədəd artaraq 66 min 19 ədədə çatıb. Ötən ilin sonuna nisbətən isə burada azalma müşahidə edilib. 2018-ci ilin dekabrında ölkə ərazisində istifadə edilən POS-terminalların sayı 66 min 110 ədəd olub. Fevralda istifadə edilən POS-terminalların 39 min 89 ədədi paytaxtın, 26 min 930 ədədi isə regionların payına düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az