Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə olan kredit portfelinin həcmi 13 mlrd 462,1 mln manat təşkil edib. Bunun cəmi 11 mlrd 709,6 mln manatı xalis kredit portfelinin payına düşür.
Banco.az portalı xəbər verir ki, bankların kredit portfeli may ayı ilə müqayisədə 6%, 2016-cı ilin sunu ilə müqayisədə isə 15,5% kiçilib. Belə ki, 2016-ci ilin sonunda kredit portfelinin həcmi 15 mlrd 938,3 mln manat təşkil edib. Manatla ifadədə kredit portfeli 2 mlrd 476,2 mln manat azalıb.
Eyni zamanda bankların xalis kredit portfelində də kiçilmə davam edir. Xalis kreditlər bir ay öncə ilə müqayisədə 8%, ilin əvvəli ilə müqayisədə 17,7% kiçilib.
Bankların xalis kredit portfeli 2016-cı ilin sonundan 2 mlrd 535,4 mln azalaraq, 11 mlrd 709,6 mln manata enib.