Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə olan balans kapitalı 2,714.0 milyon manatdır. Bankların ümumi ehtiyatların həcmi isə 291 mln manat təşkil edib. Zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatların həcmi daha yüksək olub.
Banco.az portalı xəbər verir ki, bankların kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayırdığı məqsədli ehtiyatların həcmi iyun ayının sonuna 1,752.4 mln manata çatıb. Bankların məqsədli ehtiyatların həcmi may ayı ilə müqayisədə 2,24% artıb. Belə ki, may ayının sonunda məqsədli ehtiyatların həcmi 1,714.0 milyon manat təşkil edib.
Eyni zamanda bankların məqsədli ehtiyatların həcmi ilin əvvəlindən 3,49% artıb. 2016-ci ilin sonunda bankların mümkün zərərlərin ödənilməsi üçün ayırdığı məqsədli ehtiyatların həcmi 1,693.3 mln manat təşkil edibmiş.