Bankların Yeni il kampaniyaları - 2022 | Banco.az

Bankların Yeni il kampaniyaları - 2022

Bir çoxlarımızın sevimli bayramı olan Yeni ilə sayılı günlər qalıb. Demək olar ki, hər yerdə bununla əlaqədar bayram endirim və kampaniyalarına rast gəlirik. Banklar da öz növbəsində bu kampaniyalardan geri qalmır. Banco.az bankların bu bayram münasibətilə keçirdiyi kampaniyalarını bir araya yığıb sizə təqdim edir.

1. ABB

Yanvarın 10-dək bankın müştəriləri 13%-dən başlayan faizlərlə 30000 AZN-dək nağd krediti komissiyasız əldə edə biləcək. Bundan əlavə, 20000 AZN-dək zaminsiz kredit götürmək mümkün olacaq. Müştərilər əlavə isə 500 AZN-lik TamKart kredit kartı əldə edəcəklər. daha ətraflı - https://bit.ly/3EpCch0

2. AccessBank

Müştərilər əmək haqqıdan asılı olaraq 30 min AZN-dək nağd krediti illik 14%-dən başlayan faiz dərəcəsi ilə və ən əsası zaminsiz və komissiya haqqı olmadan əldə edə bilərlər. Kreditin maksimal müddəti 48 ayadəkdir. Kampaniya 31 dekabradək davam edəcək. Daha ətraflı - https://bit.ly/338LznL

3. AFB Bank

Yanvarın 14-dək davam edən kampaniya ərzində müştərilər bankın kredit kartını 18%-lə 36 ay müddətində əldə edə biləcəklər. Kreditin maksimum məbləği 20 000 AZN-dir. 10 000 AZN-dək məbləği isə zaminsiz əldə əedə bilərsiniz.

4. Bank of Baku 

Dekabrın 31-dək davam edən kampaniya ərzində hər kəs 30000 manatadək nağd krediti daha az faiz və aylıq ödənişlə əldə edə bilər. Bundan əlavə, 20000 manatadək nağd krediti 14%-lə zaminsiz əldə etmək mümkündür.  Həmçinin kreditlər 30 dəqiqə ərzində növbəsiz və çevik rəsmiləşdirilir. Daha ətraflı - https://bit.ly/2ZYRJWf

5. Bank BTB

Bank yalnız nağd kreditlərə deyil, eyni zamanda kiçik və orta sahibkarlar üçün kreditlər və mikro kreditlərlə bağlı endirimlər var. Dekabrın 30-dək nağd kreditləri 13,99%, kiçik və orta sahibkarlar üçün kreditləri 14,99%  və mikro kreditlərini isə 16,99%-dən başlayan faizlərlə əldə edə bilərsiniz. Bununla yanaşı, bu kreditlərdə sığorta komissiyası yoxdur və rəsmiləşdirmə komissiyası  isə 0%-dən başlayır. Daha ətraflı - https://bit.ly/3EAoeJu

6. Bank  Respublika

Ayın sonunadək davam edən “Güzəştləri Özün Seç” adlı kampaniyada Lombard krediti əldə edən hər kəs 3 güzəştdən birini seçərək daha sərfəli şərtlərlə kredit əldə edəcək. Müştəri ya kredit faizlərdə 2% endirimdən, ya  komissiyasız kreditdən, ya da pulsuz qiymətləndirmədən yararlana bilər. Daha ətraflı - https://bit.ly/2ZYYU0B

Bundan əlavə, bankın Neokartla bağlı daha bir kampaniyası da var. Kart sahiblər alış-veriş zamanı əldə etdikləri kassa qəbzinin üzərindəki QR kodu bankın mobil tətbiqi vasitəsilə oxutmalı və yaxud fiskal kodu daxil etməlidirlər. Bu zaman həmin qəbz üzrə “ƏDV Geri Al” hesabının cari balansında əks olunan məbləğ 1 gün sonra müvafiq həcmdə bonus müştərinin NeoBonus balansına əlavə olunacaq. Kampaniya dekabrın 31-dək davam edəcək. Daha ətraflı - https://bit.ly/3dqtQtC

Bankın daha bir kampaniyası isə istehlak kreditləri ilə bağlıdır. Yanvarın 10-na kimi davam edən kampaniyada 15%-lə başlayan kredit faizlərlə kredit əldə etmək mümkündür. Kampaniya çərçivəsində kredit götürən şəxslər kreditin məbləğinin 5%-ni geri alacaqlar. Krediti onlayn sifariş edən müştərilər isə krediti 50% daha az komissiya ödəməklə əldə edə biləcəklər. Daha ətraflı - https://bit.ly/3dzTCvL

7. Bank Avrasiya 

Dekabrın sonunadək bankdan 20 000 AZN krediti 36 ayadək 14%-lə əldə edə bilərsiniz.

8. Expressbank

Bank əmək haqqı, iş yeri və vəzifəsindən asılı olmayaraq hər kəsə 13.22%-lə 30000 manatadək nağd pul krediti təklif edir. Daha ətraflı - https://bit.ly/3GdmhTm

9. Günay Bank

Bankın “Bir bərabərdir iki” adlı kampaniyasında Mastercard Platinum ödəniş kartını əldə edən müştəriyə, yaxud həmin müştərinin yönləndirəcəyi istəlilən şəxsə, Gold ödəniş kartı istənilən valyutada (manat, dollar, və avro) pulsuz təqdim olunacaqdır. Kampaniyanın ilin sonunadək davam edəcək. Dahat ətraflı - https://bit.ly/33TLoNm

10. Kapital Bank

Ən sərfəli kredit üçün müraciət et

Bankın BirKart sahibləri partnyor mağazalarında 50 AZN-dən çox istənilən taksit ödənişləri etdikdə əlavə qazanc əldə edəcəklər. Növbəti ilin yanvarın 6-dək davam edəcək kampaniya ərzində gün ərzində hər 20-ci taksit əməliyyatı edən kart sahibi avtomatik olaraq 22 AZN hədiyyə qazanır. Hədiyyə edilən məbləğ 3 iş günü ərzində kartın hesabına mədaxil ediləcək. Hər müştəri kampaniya ərzində 2 dəfə 22 AZN (toplam 44 AZN) qazana bilər. Daha ətraflı - https://bit.ly/2ZZBHv7

11. Muğanbank

Bank bu bayramda pul köçürmələrdə komissiya faizlərini endirib. 31 dekabr tarixinədək MONEX təcili pul köçürmə sistemi ilə istənilən valyutada ölkədaxili bütün köçürmələrdə komissiya 0.6%-dan 0.3%-ə endirilib. 

12. Naxçıvanbank

 Növbəti ilin 7 yanvarınadək kampaniyada müştərilər premium kart sifariş edənlər kartın dəyərinin 75%-dək endirim və nağdlaşdırma komissiyası üzrə 50% endirim əldə edəcək. 

13. Premium Bank

Bankın kanpaniyası Visa Platinum Miles kartlarını əhatə edir.  Dekabrın 21-dək bankın 2 illik kartını 80 AZN, 3 illik kartını isə 100 AZN əldə etmək mümkün olacaq. Bundan başqa, bankın Miles kart sahibləri topladıqları milləri  aviabiletə dəyişdirərkən Moskvaya 30% güzəştdən faydalanacaqlar. Daha ətraflı - https://bit.ly/335D10L

14. Rabitəbank

Bank nağd pul krediti məhsulunu illik 14.44%-lə başlayan şərtlərlə əldə edəcəklər. 30000 AZN-dək nağd pul kreditini 36 ay müddətinə heç bir komissiya və sığorta haqqı ödəmədən əldə edəcəklər. Kampaniya yanvarın 14-dək davam edəcək. Daha ətraflı - https://bit.ly/3y19C3m

15. TuranBank

Hər kəs  13.7%-dən başlayan nağd krediti əldə etməklə yanaşı, ödənişə 2022-ci ilin aprel ayından başlamaq imkanı əldə edəcək. Həmçinin, müştərilər kampaniyaya əsasən nağd krediti komissiyasız və zaminsiz də əldə edə biləcək. Kampaniya ilin sonunadək davam edəcək.

Kampaniyanın şərtlərinə əsasən nağd pul kreditini filiala gəlmədən banka məxsus rəsmi veb saytdan, mobil tətbiq və ya sosial şəbəkələrdən (Facebook, Instagram, Whatsapp) onlayn sifariş edən şəxslər illik faiz dərəcəsinə 1%-dək endirim qazanacaq. Daha ətraflı - https://bit.ly/3osjXSv

16. Unibank

Bankın "Qış kampaniyası" çərçivəsində mikro kredit əldə etmək istəyənlər krediti 2% endirimlə və komissiyasız əldə edəcəklər. BUndan əlavə, onlayn müraciət edən şəxslərə 1% də endirim olunacaq. Bununla da, müştərilər krediti 3% endirimlə əldə edə biləcəklər. Kampaniya dekabrın 31-dək davam edəcək. Daha ətraflı - https://bit.ly/3rYR1UB

Bununla yanaşı, bank nağd kreditlərin komissiyasını və kartların xidmət haqqısını 0-a endirib. Krediti sığorta haqqı ödəmədən, zaminsiz, 60 ayadək götürmək mümkündür. Kampaniya 31 dekabradək davam edir. Daha ətraflı - https://bit.ly/3rPW09X

17. VTB Bank

Bank nağd krediti 300 manatdan 35 000 manatadək 6 aydan 60 aya qədər müddətə 14,5%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərsiniz. Kampaniya 15 yanvar 2022-ci il tarixinədək davam edəcək. Daha ətraflı - https://bit.ly/3H4Rwk6

18. Yapıkredi Bank Azərbaycan

Worldcard sahibləri ilin sonunadək minimum 20 əməliyyat və hər alış-verişin məbləği 10 AZN-dən az olmadığı hallarda bir çox hədiyyələr qazanacaq. Hədiyyələrlə daha ətraflı linkə keçid etməklə tanış ola bilərsiniz - https://bit.ly/3pz7vzA

19. Yelo Bank

Bankın dekabr ayının sonunadək davam edən bayram kampaniyasında nağd krediti komissiyasız 14%-lə 30000 manatadək əldə edə bilərsiniz. Daha ətraflı - https://bit.ly/3E3y5WU

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram