Bankların "Yeni İl" kampaniyaları | Banco.az

Bankların "Yeni İl" kampaniyaları

Qarşıdan hər kəsin çox sevdiyi "Yeni İl" bayramı gəlir. Artıq bir çox yerlərdə yeni il əhval-ruhiyyəsini hiss edir və bayramla əlaqədar kampaniyaları görməyə başlayırıq.

Bəs banklarımız bayramın gəlişi ilə müştərilərə nə vəd edir?

Banco.az olaraq banklarımızın bayramla əlaqədar kampaniyalarını araşdırdıq və sizlərə təqdim edirik.

Kampaniyalardan faydalanmağı unutmayın!

“AtaBank”-dan “Hədiyyəli Yeni İl” kampaniyası

“AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində,13.12.2016– 30.12.2016 tarixləri ərzində tam sığortalı əmanət yerləşdirən müştərilər istədikləri hədiyyələri seçmək şansını qazanırlar. 

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələr siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən aslı olaraq hədiyyə seçimi edirlər.

Belə ki, “AtaBank”-daəmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakilardır: İphone 7 (128 GB), İphone 7 (32GB), Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel  Shamkir,Qalaaltı Hotel & SPAotellərində istirahət, müalicə və idman paketləri.

 

Kapital Bank “Qış hədiyyə Kampaniyası” keçirir

Kapital BankYeni il münasibətilə “Gündəlik tələbat krediti” məhsulu üzrə yeni hədiyyə aksiyası keçirir. Şərtlərə görə, kredit rəsmiləşdirən müştərilərə xüsusi kuponlar təqdim edilir və müştəri yerindəcə ona təqdim edilən kuponu silib, qazandığı hədiyyəni müəyyən edə bilər.

Kampaniya ərzində 2 ədəd iPhone 7smartfonu, 5 ədəd iPad planşeti, 10 ədəd Samsung televizoru və kreditin illik faiz dərəcəsinə 5%-dək endirimlər öz sahiblərini tapacaq. Qeyd edək ki, bütün kuponlar hədiyyəlidir. Aksiya 13 yanvar 2017-ci ilədək davam edəcək.

“Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 6 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

 

Expressbank-dan iki qat bayram!

Yeni il Expressbank-ın plastik kart sahibləri üçün ikiqat bayramdır. Çünki onlar gündəlik alış-verişlərini Expressbank-ın ödəniş kartları ilə etməklə həm xərclədikləri vəsaitin bir hissəsini geri alır, həm də lotereyada iştirakçı olaraq dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər.

Yeni il lotereyasının şərtlərinə görə, POS-terminallar vasitəsi ilə ölkə daxilində Expressbank-ın plastik kartları ilə minimal olaraq 20 AZN və daha çox həcmdə nağdsız ödəniş edən bütün müştərilər hər alış-veriş zamanı hədiyyə qazanmaq üçün 1 şans əldə edirlər. Aksiya 6 dekabr 2016-cı il - 6 yanvar 2017-cı il tarixləri aralığında bütün alış-veriş məntəqələrində aparılmış nağdsız ödənişlərə şamil olunur.

Uduş fondu 3 smartfon və 1 planşetdən ibarətdir. Belə ki, müştərilər 2 ədəd Samsung Galaxy Note Edge, 1 ədəd Samsung Galaxy S5 mini və 1 ədəd Samsung Galaxy Tab 4 uğrunda mübarizə aparacaqlar.

 

Unibankdan fantastik Yeni il hədiyyələri

Ən sərfəli kredit üçün müraciət et

Yeni il ərəfəsində fantastik hədiyyələrin və endirimlərin ünvanı Unibank-dır.  Çünki indi Unibank-dan kredit və ya debet kartı alan, pul köçürən, əmanət yerləşdirən, Unibank kartları ilə alış-veriş edən hər kəsi endirimlər və hədiyyələr gözləyir!

Yeni il hədiyyələri paketinə nələr daxildir?

  • Hər kəs üçün komissiyasız kredit və üstəlik pulsuz Albalı plus debet kartı;
  • Premimum kartların (Visa/MC Gold , Platinum,Visa İnfiniti, Albalı Plus debet Gold/Platinum) qiymətinə  30 % endirim;
  • ALBALI PLUS debet və ALBUKART hər kəs üçün cəmi 3 AZN / USD-yə;
  • Aksiya müddətində “Mobile banking”-dən manat valyutasında açılan “Müddətli” əmanətlərə müddətin sonunda + 0,3% əlavə faiz hədiyyə;
  • Yerləşdirilən əmanətlərin məbləğindən asılı olaraq, müştərilərə ALBALI PLUS debet Standart, ALBALI PLUS debet Gold və ya ALBALI PLUS debet Platinium hədiyyə;
  • Depozit qutularının xidmət haqqlarına 30% endirim;
  • Xaricə təcili pul köçürmə sistemləri üzrə 300 AZN (onun ekvivalenti) və daha yuxarı köçürmə edən və ya alan (Unitransfer üzrə: 300 AZN (onun ekvivalenti) və daha yuxarı köçürmə edən) müştərilərə  danışıq kartları hədiyyə;
  • 3 ay və yuxarı bütün hissəli alış-verişlərə Bank tərəfindən də əlavə 1 ay hədiyyə;
  • Partnyor mağazalarda nağdsız alış - verişlərə görə xüsusi cashback aksiyaları və endirimlər.

Yanvarın 7-dək Unibank-ın məhsul və xidmətlərindən istifadə edənləri belə fantastik  Yeni il hədiyyələri gözləyir.

 

“DəmirBank”dan “2% hədiyyə” Yeni il kampaniyası

 

“DəmirBank” dollar əmanətləri üzrə “2% hədiyyə” Yeni il kampaniyasına start verib.

Aksiyanın şərtlərinə əsasən “DəmirBank”ın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik cari faizlə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi plastik kartda hədiyyə verilir.

Kampaniya 3 aydan 36 ayadək yerləşdirilmiş əmanətlərə şamil olunur. Hədiyyə olaraq Mastercard Cirrus / Maestro kartları təqdim olunur. 

Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür.

Qeyd olunmuş aksiya 27 yanvar 2017-ci il tarixinədək davam edəcək. “DəmirBank” həmçinin manat əmanətlərindən qısa müddətdə yüksək – illik 15%-dək gəlir əldə etməyi də təklif edir.

 

Bank VTB Azərbaycan-dan "Yeni İl Hədiyyəsi"

Kreditlərə "Yeni İl Hədiyyəsi"!

Dekabrın ilk günlərindən başlayan "Yeni İl Hədiyyəsi" Aksiyasında siz yanvarın 31-dək Əmanət girovlu kredit götürdükdə 2% qazanc əldə edirsiniz. Nəticədə kreditinizin faiz dərəcəsi "əmanətin faiz dərəcəsi+4%" deyil, "əmanətin faiz dərəcəsi+2%" təşkil edir. 
 

Ən sərfəli krediti almaq üçün müraciət et