Müəllif: Gülnar Əhmədli, Banco.az
Banklar ənənəvi olaraq mövsümü kampaniyalarına start veriblər. Bu dəfə bankların yay kampaniyalarını bir araya yığmışıq. Banklardakı bu endirimlərdən yararlanmaq üçün məqaləni sonacan oxumanızı tövsiyyə edirik:
ABB
Hazırda Beynəlxalq Bank-da bir neçə kampaniya mövcuddur.
1. ABB yeni yay kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 5%-dək güzəşt qazanacaqlar. Belə ki, digər banklardakı aktiv krediti bağlayaraq ABB-dən kredit əldə edən müştərilər faiz dərəcəsində 4%-dək güzəşt əldə edə bilərlər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsindən əlavə 1% güzəşt ediləcək.
Kreditin şərtləri:
- Məbləğ – 40 000 manatadək
- Müddət – 60 ayadək
- Komissiya – 0%
Kampaniya 3 sentyabr 2024-cü il tarixinə qədər davam edəcək.
Ətraflı məlumat üçün keçid edin: https://tinyurl.com/mrx65x97
2. ABB 31.08.2024 tarixinədək səhmlərin abunə yazılışı üzrə xüsusi bir kampaniya elan edib. Kampaniya müddətində ABB səhmlərinə birdəfəlik 1000 AZN və ya daha yuxarı məbləğdə abunə yazılışı edən müştərilər üçün xüsusi gəlir imkanı təqdim edilir.
- Minimum sifariş məbləği: Birdəfəlik 1000 AZN və ya daha yuxarı
- Gəlir faizi: Sifariş məbləğinin illik 7%-i
- Gəlirin hesablanması: Abunə yazılışı tarixindən 10.09.2024 tarixinədək olan dövr
Ətraflı: https://tinyurl.com/4t666fby
3. ABB 16-21 iyul tarixləri arasında digər xüsusi bir kampaniya elan edir. 18-29 yaş arası gənclər üçün nəzərdə tutulmuş bu kampaniyada, minimum birdəfəlik 200 AZN dəyərində ABB səhmi sifariş edən ilk 139 Gənc Səhmdar Dream Fest-ə bilet əldə edəcəklər.
Ətraflı məlumat: https://tinyurl.com/bdd42a9t
Kapital Bank
Kapital Bank-da da bir neçə kampaniya mövcuddur.
1. Bank 150 illiyinə özəl 150 000 AZN-lik superprizli lotereya kampaniyasına start verib. Lotereya 10 iyul-30 sentyabr 2024-cü il tarixlərində keçiriləcək. Ümumilikdə 10 000 ədəd pul mükafatı hədiyyəli lotereyada iştirak üçün sadəcə Birbank taksit kartı ilə ödəniş etmək yetərlidir. Belə ki, hər 50 AZN-lik birdəfəlik ödəniş 1 bilet, hər 50 AZN-lik taksit və ninja əməliyyatları 10 bilet, tətbiqdəki tapşırıqları tamamlamaq isə daha çox bilet deməkdir.
Ətraflı məlumat üçün bankın rəsmi saytına keçid edə bilərsiniz: https://tinyurl.com/36abjkuz
2. Bu kampaniya digər bankda krediti olanlar üçündür. Belə ki, siz digər banklarda olan kreditlərinizi bağlamaq üçün Kapital Bank-dan nağd pul krediti əldə edə bilərsiniz. Həm də nağdlaşdırma komissiyası olmadan. Bununla bir neçə banka deyil, yalnız bir banka kredit ödənişi edirsiniz. Kampaniya 31 iyul 2024-cü il tarixinədək keçərlidir.
Ətraflı: https://tinyurl.com/529at653
3. Depozitlərdən yüksək gəlir əldə etmək istəyən vətəndaşlar bu kampaniyadan yararlana bilərlər.
Kampaniya vətəndaşlara depozitlərdən 10% gəlir əldə etmək imkanı yaradır. 15 avqusta qədər keçərli olacaq kampaniyanın şərtləri ilə bağlı məlumat üçün linkə keçid edin: https://tinyurl.com/ypdpzv4b
Bank of Baku
Bank of Baku-da nağd kreditlər üzrə bir neçə kampaniya var. Komissiyasız kredit, maaş kartı başqa bankda olanlar üçün kredit və digər 2 kampaniyanı qaçırmamaq üçün şərtlərlə ətraflı tanış ola bilərsiniz: https://tinyurl.com/3n83hpvf
Xalq Bank
1. Xalq Bank yeni avtomobil əldə etmək istəyənlər üçün sərfəli şərtlərlə təklif etdiyi kredit kampaniyasının müddətini uzadıb. Belə ki, 31 dekabradək davam edəcək kampaniya ərzində “Autolux Azerbaijan” şirkətinin təqdim etdiyi bütün avtomobil modellərini illik 10%-lə, 5 il müddətinədək kreditlə əldə etmək mümkündür.
Həmçinin, kampaniya şərtlərinə əsasən Xalq Bank-ın digər tərəfdaş avtodilerlərindən elektrik və hibrid mühərrikli avtomobilləri illik 10%, digər mühərrikli avtomobilləri illik 12%-lə avtokreditlə əldə edə bilərsiniz.
Ətraflı: https://tinyurl.com/36jy8x2e
2. Xalq Bank sərfəli kredit kampaniyasını davam etdirir. Kampaniya şərtlərinə əsasən müştərilər istehlak kreditini müddətdən asılı olmayaraq illik 12%-lə əldə edə bilərlər. Kredit zaminliklə 48 ay müddətinə 35 000 manatadək, təminatsız isə 36 ay müddətinə 20 000 manatadək təklif edilir. Müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır. Kampaniya 31 dekabradək qüvvədədir.
Ətraflı: https://tinyurl.com/y4xh7n3c
AccessBank
Bankda dollar əmanətləri üzrə kampaniya mövcuddur. Yüksək fazilərdən 01.09.2024-cü il tarixinədək yararlana bilərsiniz. Depozitin şərtləri belədir: https://tinyurl.com/57cpuv6y
Bank Respublika
İsti yay günlərində Bank Respublika-nın sərin nağd kreditindən faydala bilərsiniz.
- İllik faiz dərəcəsi – min. 10%
- Maksimal məbləğ – 50.000 AZN
- Müddət – 60 ayadək
- Komissiyasız və zaminsiz götürmək imkanı
Kampaniya bitmədən kredit əldə etmək üçün keçid edin: https://tinyurl.com/5f2p8xp5
Yelo Bank
Yelo Bank-ın yay kredit kampaniyası başlayıb. İndi 50 000 AZN-dək nağd pul krediti illik cəmi 9.5% ilə əldə edə bilərsiniz:
- Müddət – 59 ayadək
- Zaminsiz və sığorta xərci olmadan
- Onlayn sifarişlə pulsuz çatdırılma
Kampaniyanın son günü – 31.07.2024-dür.
Onlayn sifariş üçün: https://tinyurl.com/mw3cfmep
Unibank
Ay ərzində bir neçə banka kredit ödəmək sizi yorursa, Unibank-ın yeni kampaniyası sizin üçündür. Bütün kreditlərinizi Unibank-a gətirin, ayda cəmi bir dəfə, sərfəli məbləğdə ödəniş edin, həm də yeni kreditiniz komissiyasız olsun.
Unibank-dan illik 11%-dən başlayan, 50 000 AZN-dək və 0% komissiyalı krediti sifariş etmək üçün keçid edin: https://tinyurl.com/bdh6utyz
Rabitəbank
1. Rabitəbank yaranmasının 31 illiyi ilə əlaqədar olaraq “Universal əmanət” üzrə kampaniyaya start verib. Belə ki, bank 1 yaş daha böyüməyi münasibətilə müqavilə müddətinin sonunda (Hesablanmış faizlərin ödənilmə tezliyindən asılı olmayaraq) manat əmanəti faizinə əlavə 1% hədiyyə edəcək. Üstəlik, 18 ay və daha yuxarı müddətli əmanətlər vergidən tamamilə azaddır. Kampaniya 31 iyula qədər davam edəcək.
Ətraflı: https://tinyurl.com/53y7mjt7
2. Bank 31 illiyi ilə əlaqədar kredit şərtlərini də aşağı salıb:
- İllik faiz dərəcəsi: 10.5%-dən
- Məbləğ: 30 000 AZN-dək
- Kreditin müddəti: 48 ayadək
- Bütün müştərilər üçün: 0% komissiya
31 iyuladək kampaniyadan yararlana bilərsiz.
PAŞA Bank
PAŞA Bank kiçik və orta sahibkarlar (KOS) üçün yeni yay kampaniyası elan edib. "Yayın fürsəti" kampaniyası çərçivəsində müştərilər 25.08.2024-cü il tarixinədək onlayn biznes kreditini 12% deyil, 10%-dən başlayan şərtlərlə əldə edə bilərlər.
Kreditə müraciət etmək üçün linkə keçid edin.
Premium Bank
Premium Bank-dan 80 000 AZN-dək nağd pul kreditini illik cəmi 9.8%-dən başlayan faizlə əldə edə bilərsiniz. Kampaniya 30.09.2024 tarixinədək aktiv olacaq.
- Kreditin məbləği: 80 000 AZN-dək;
- Müddət: 6-59 ay
- Komissiya: 0-1%
Sifariş üçün keçid edin: https://tinyurl.com/3dprmpje
Bank VTB Azərbaycan
Bank VTB Azərbaycan-dan yayda sərfəli şərtlərlə kredit almaq imkanını qaçırmayın:
- İllik faiz – 10,49 %-dən
- Müddət – 59 ayadək
- Maksimal məbləğ – 50 000 AZN
- Zaminsiz və komissiyasız
Sifariş üçün: https://tinyurl.com/ye25thrx
Bank BTB
Bank BTB əmanət şərtlərini yeniləyərək sərfəli şərtlərlə “Müddətli əmanət” kampaniyasına start verib.
Əmanətinizi Bank BTB-də saxlamaqla faizlərinizi aylıq götürməklə 18 ay müddətinə illik 11.5%-lə və ya 24 ay müddətinə illik 11.7%-lə əldə edə bilərsiniz. Kampaniya 31.08.2024 tarixinədək davam edəcək.
Qeyd edək ki, banklarda kart sahibləri üçün xüsusi olaraq bəzi endirimlər də mövcuddur. Həmin kampaniyalar barədə məlumatı bankların rəsmi "Facebook" hesablarından əldə edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!