Banklar bu yay da bank məhsul və xidmətlərindən yararlanmağınız üçün bir sıra kampaniyalar elan edib. Gəlin, bu kampaniyalarla yaxından tanış olaq.
1. ABB
Kampaniya ABB Miles və ABB Miles Premium kart sahibləri üçündür. 13.07.2022-ci il tarixinədək bankın mobil tətbiqi ilə kampaniyaya qoşulmaqla əlavə 5 qat mil hədiyyə qazanacaqsınız. Belə ki, sözügedən bu kartlarla ümumilikdə və ya birdəfəlik 100 AZN-lik, eyni zamanda, mil hesablanan ödəniş etdikdə 5 qat əlavə mil qazanacaqsınız. Bu imkandan yararlanaraq maksimum 3 000 mil qazanmaq mümkündür. Millər isə kampaniya bitdikdən 14 gün sonra müştərinin mil balansına köçürüləcək. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/39SlBZ7
2. AccessBank
Bankın 31.07.2020-ci il tarixədək davam edən kampaniyası yalnız polis işçilərini əhatə edir. Bu peşə sahibləri kampaniya çərçivəsində 20000 AZN-dək nağd krediti 19%-dən başlayan faizlərlə 36 ayadək əldə edə biləcəklər. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3A68jTs
3. AFB Bank
Sentyabrın 1-dək davam edən bu kampaniyada kredit götürmək istəyən şəxslər 30000 manatadək krediti 13,99%-dən başlayan faizlə, komissiyasız nağd kredit əldə edə bilərlər. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3zWD1OS
4. Azər Türk Bank
İyunun sonunadək davam edən kredit kampaniyasında müştərilər 13%-lə başlayan faizlərlə 30000 manatadək kredit əldə edə bilərlər. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/39JMbne
5. Bank of Baku
Kampaniya şərtlərinə əsasən təhsil və tibb sahəsində çalışanlar bankdan 30000 AZN-dək nağd pul krediti əldə edə bilər. Kredit əldə edən şəxslər illik faiz dərəcəsinə 3% endirim və 3 ay güzəşt müddəti əldə edəcək. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/39IrOXL
6. Bank Respublika
Bankın iyun ayının 30-dək davam edən "Yubiley endirimi" adlı kampaniyasından istənilən peşə sahibləri yararlana bilər. Kampaniya çərçivəsində hər kəs nağd kreditləri illik 14%-lə və 0% komissiya ilə götürmək imkanı əldə edəcək. Bundan əlalvə, kreditin faizini 3 ay sonra ödəmək imkanından faydalanacaqlar. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3OwQx0p
7. Expressbank
Kampaniya çərçivəsində kredit almaq istəyən şəxslər 2 ay sonra ödəməklə 30000 manatadək nağd pul kreditini komissiyasız əldə edə bilərlər. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3QKlI9G
8. Kapital Bank
Kampaniya çərçivəsində hər 3 000 AZN kreditə aylıq ödəniş 90 AZN təşkil edəcək. Kreditin maksimal məbləği isə 30000 AZN-dir. Onlayn rəsmiləşdirilən kreditlərdə nağdlaşdırma komissiyası tutulmayacaq. Kampaniya 29 iyunadək davam edəcək. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3A2wOkz
Bankın növbəti kampaniyası BirKart Umico və BirKart Umico Premium taksit kartlarını əhatə edir. Bu kartları əldə edən müştərilər ilk 15 gün ərzində 10 AZN və yuxarı nağdsız alış-veriş etdikdə isə hər əməliyyatda 5 AZN qazanacaqlar. Qazanılan bonuslar toplanaraq kampaniya bitdikdən 1 ay sonra müştərinin hesabına köçürüləcək. Nəzərinizə çatdıraq ki, kampaniya çərçivəsində maksimal qazanıla biləcək məbləğ 30 AZN-dir. Kampaniya 30 iyunadək keçərlidir. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3OgqSsF
Bankın iyun ayının sonunadək elan etdiyi kampaniya mikro biznes sahibləri üçün nəzərdə tutulub. Kampaniya çərçivəsində 100 000 AZN-dək mikro biznes kreditini illik faiz dərəcəsi 15%-dən başlayan və 9 ayadək güzəşt müddəti ilə əldə etmək mümkündür. Kampaniya müddətində mikro kredit əldə edən müştərilərə depozitsiz və ilk 6 ay xidmət haqqı ödəmədən POS terminal və BirKart taksit kartı pulsuz rəsmiləşdiriləcək. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3nc2XhW
9. Naxçıvanbank
Avqustun 31-dək davam edən nağd kredit kampaniyasi əsasında 35000 manatadək krediti 14%-lə başlayan faizlərlə əldə etmək mümkündür. Qeyd edək ki, kreditin rəsmiləşdirilməsi komissiyasız həyata keçiriləcəkdir. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/39LwnR3
10. PAŞA Bank
İyulun 5-dək kiçik və orta biznes sahibləri üçün onlayn biznes kredit və kredit xətti məhsulları üzrə birdəfəlik komissiyaya 15% endirimdən yararlan biləcək. Kampaniya çərçivəsində 250000 AZN-dək krediti girovsuz və 11%-lə başlayan faizlə əldə edə biləcəksiniz. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3xNHu3U
11. Premium Bank
İyun ayının 30-dək bankın təklif etdiyi mil kartları endirimli qiymətlərlə əldə edə və onların üstünlüklərindən faydalana biilərsiniz. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3Oj0cY3
12. Rabitəbank
Bank iyulun 29-dək lombard kredit faizlərinə endirim tətbiq edəcək. Bu müddət ərzində lombard krediti götürmək istəyənlər yeni və təkrar müştəri olmağından, kreditin məbləğindən asılı olaraq 1-3,5% endirimdən yararlana biləcək. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3HJLxCW
Bankın digər kampaniyası isə nağd kreditlə bağlıdır. 30000 AZN nağd kredit əldə etmək istəyən şəxslər kredit faizini 12%, 13%, 14% və 15% olmaqla özləri seçəcək. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3OxqIwH
13. VTB Bank
İyunun sonunadək uşaq yığım hesabı açmaqla depozit dərəcəsi üzrə əlavə 0,5 % əldə edəcəksiniz.
14. Xalq Bank
İlin sonunadək bankdan Visa İnfinite kartı əldə eddən şəxslərə 3 ədəd Visa Platinum kartı hədiyyə olunacaq. 1 ədəd MasterCard Black Edition alana isə 2 ədəd Visa Platinum və 1 ədəd Gold kart hədiyyə olunacaq. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3ne5aJY
15. Yapıkredi Bank Azərbaycan
Kampaniya fərdi şəxslər üçün nəzərdə tutulan istehlak kreditlərinə şamil edilir və kampaniya iyunun 30-dək davam edəcək. Kampaniya çərçivəsində 13%-dən başlayan kredit faizlərindən yararlana bilərsiniz. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3A0qMku
16. Yelo Bank
Bankdan hər kəs 30000 AZN-dək krediti 13%-dən başlayan faizlərlə əldə edə bilər. Krediti onlayn sifariş edərkən müştəri illik faiz dərəcəsində 1% əlavə endirim əldə etmiş olacaq. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3A45nqN
Bizi sosial şəbəkələrdən izləyin!!