"Banco.az" xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi 2016-cı il oktyabrın 1-nə 6 358 mln. manat təşkil edib.
Bu, sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 101,6 mln. manat, ilin əvvəlinə olan göstərici ilə müqayisədə 1 846,5 mln. manat azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 72,8 mln. manat və ya 1,16% artıb.