Azərbaycanda fəaliyyət göstərən 31 kommersiya bankından 13-ü hələ də 2016-cı ilin audit hesabatını rəsmi internet səhifəsində yerləşdirməyib.
Bu, “AGBank”, “Amrahbank”, “Atabank”, "Azərbaycan Beynəlxalq Bankı", “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank VTB (Azerbaijan)”, “Dəmirbank”, “NBC Bank”, “Nikoil Bank”, “Rabitəbank” və “Turanbank” ASC-lərdir.
Banklardan 2-si - “AGBank” və “Amrahbank” açıqlama yayaraq hesabatlılıq məsələsində gecikmənin texniki səbəblərlə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan qanunverciliyinə əsasən, banklar kənar auditorun təsdiqlədiyi maliyyə hesabatını ilin qurtarmasından ən geci 5 ay müddətində, yəni mayın 31-nə qədər açıqlamalı və mətbuatda dərc etdirməlidir.
Maliyyə Bazarlarına Nəzarət Palatası audit hesabatını açıqlamış banklara bunun səbəbi ilə bağlı açıqlama yaymağı tapşırıb. “Amrahbank” və “AGBank”ın atdığı addımı yaxın saatlarda digər bankların da atacağı gözlənilir.
Mənbə: Report.az