Bankların sığorta bazarında mövqeyi (reytinq) | Banco.az

Bankların sığorta bazarında mövqeyi (reytinq)

Azərbaycanda bir sıra banklar öz fəaliyyətlərini genişləndirərək sığorta bazarında da fəaliyyət göstərirlər. Onlar digər sığorta şirkətləri ilə rəqabətə girərək müxtəlif xidmətlər təklif edirlər. Bank of Baku, Turan Bank, Azər-Türk Bank və s. kimi bəzi banklar isə sığorta bazarına yalnız sığorta şirkətlərlərinin təsis edilməsində iştirak etməklə qatılmışdırlar. Sığorta fəaliyyəti ilə məşğul olan bankların aktivlərin həcminə görə reytinqi tərtib olunmuşdur. Reytinq 2013-cü ilin sonunu əhatə edir. Belə ki, əksər sığorta şirkətləri 2014-cü il üzrə hesabatlarını açıqlamamışdırlar. 

Bank Sığorta şirkəti Aktivlərin həcmi (AZN)
Xalq Bank Xalq Sığorta 40 535 171.87
Azərbaycan Sənaye Bankı Azərbaycan Sənaye Sığorta Şirkəti 24 616 418.52
Azərbaycan Beynəlxalq Bankı Beynəlxaq Sığorta Şirkəti 22 279 598.25
Bank Standard Standard İnsurance 21 639 755.59
AtaBank AtaSığorta 20 826 029.06
Bank Respublika Bakı Sığorta 14 162 141.88
Bank Technique Alfa Sığorta 13 231 020.19
Bank of Baku Buta Sığorta 11 878 827.73
TuranBank / Azər-Türk Bank Başak İnam Sığorta 8 930 924.45
Amrahbank Amrah Sığorta 6 154 376.97
Günay Bank Günay Sığorta 4 880 626.4
Bank Silk Way İpək Yolu Sığorta 2 903 383.74

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et