Bankların qiymətli kağızlara investisiyaları necə dəyişib? | Banco.az

Bankların qiymətli kağızlara investisiyaları necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

Bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.

Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar "Kapital Bank" (1 712,07 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 523,481 milyon manat) və "PAŞA Bank" (1 506,004 milyon manat) ASC-lərdir.

Qiymətli kağızlara investisiyaların məbləği 2 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır. 

10 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Naxçıvan Bank”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Bank Avrasiya”, “Unibank”, “Turan Bank”, “Rabitəbank”, “Ziraat Bank Azərbaycan” və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-lər, “Yapı Kredi Bank” QSC-dir. Ən yüksək dinamika "Naxçıvan Bank”da (11,3 dəfə dəfə), ən aşağı dinamika isə ABB-də (12,2%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et