Müəllif: Gülnar Əhmədli, Banco.az
Qış fəsli ilə əlaqədar ölkə bankları hər mövsüm olduğu kimi bu dəfə də sərfəli kampaniyalara start veriblər.
Banco.az həmin kampaniyaları təqdim edir. Qeyd edək ki, banklar tərəfindən yeni kampaniyalar elan olunduqda siyahıya əlavə ediləcək:
ABB
1. Bank TamKart sahiblərinə özəl Yeni il kampaniyasına start verib. 15 yanvar 2025 tarixinədək müştərilər yeni əldə etdikləri TamKart kredit kartı ilə 20 AZN və daha yuxarı məbləğdə nağdsız ödənişlərdə əlavə 10% keşbek qazanacaqlar.
Kampaniya şərtləri belədir:
- Kampaniya yalnız yeni əldə edilmiş TamKart kredit kartlarına şamil edilir;
- Minimal əməliyyat məbləği 20 AZN-dir;
- Kampaniya çərçivəsində ləğv edilmiş əməliyyatlar nəzərə alınmır;
- Aktiv TamKart kredit kartını yenisi ilə əvəz edən müştərilər kampaniyada iştirak etmir.
Ətraflı məlumat: https://tinyurl.com/yc3559w8
2. ABB müştərilərə milli valyutada sərfəli yığım imkanları təklif edən yeni kampaniya elan edib. Kampaniya müddətində ABB-də DigiDeposit və ya Klassik əmanət məhsulları üzrə vəsait yerləşdirən müştərilər 12%-ə qədər faiz qazancı əldə edəcəklər. Kampaniya şərtləri yalnız AZN-lə yerləşdirilən depozitlər üçün keçərlidir. Kampaniya 15 yanvar 2025-ci ilədək davam edəcək.
Yüksək faizli kampaniyadan yararlanmaq üçün keçid edin: https://tinyurl.com/t63d9jzk
Bank of Baku
Hazırda bankda nağd kredit kampaniyası mövcuddur. Belə ki, kapmaniya şərtləri daxilində siz krediti illik 9,9% və komissiyasız əldə edə bilərsiniz.
Ətraflı: https://tinyurl.com/sez9mh78
Bank BTB
Bankda 2 kampaniya mövcuddur.
1. Bank BTB müştərilərə yüksək gəlirli “Əmanət kampaniyası”nı təqdim edir. Kampaniya 31 dekabr 2024-cü il tarixinədək davam edəcək.
Kampaniya faizləri: https://tinyurl.com/3cy3an48
2. Bank vətəndaşlara Yeni il bayramı ərəfəsində bütün xərcləri qarşılayan lombard krediti məhsulu üzrə “Sehrli qış” kampaniyasını elan edib.
Belə ki, müştərilər öz qızıl zinət əşyalarını Banka gətirməklə 100 000 AZN-dək lombard kreditini cari illik faiz dərəcəsinə 2%-dək güzəşt alaraq rəsmiləşdirmə və nağdlaşdırma komissiyası 0% olmaqla əldə edə biləcəklər. Kreditin müddəti 48 ayadək təyin edilib.
Kampaniya 29 dekabr 2024-cü il tarixinədək qüvvədədir: https://tinyurl.com/dyaxv442
Bank Respublika
Bank Respublika qarşıdan gələn 2025-ci il ərəfəsində xüsusi güzəştlərə malik “2025-ci il üçün 25% endirim” kampaniyasına start verib.
Yeni kampaniya çərçivəsində Bank Respublika-da istənilən pərakəndə bank məhsulunu əldə edən fiziki şəxslər, ikinci məhsul və ya xidmət üzrə 25% endirim əldə edə biləcəklər.
Qeyd edək ki, kampaniya 10 yanvar 2025-ci il tarixinədək davam edəcək.
Ətraflı məlumat linkdə qeyd edilib: https://tinyurl.com/4v9dehbv
Rabitəbank
Bankda hazırda bir neçə aktiv kampaniya var.
1. Bank Universal əmanət məhsulu üzrə "Yeni il möcüzəsi" kampaniyasına start verib. Kampaniya 31.01.2025-cu il tarixinədək davam edəcək.
Kampaniya faizləri: https://tinyurl.com/2sy5cw49
Digər kampaniya isə nağd kreditlər üçündür:
- İllik faiz dərəcəsi: 10.5%-dən
- Məbləğ: 30 000 AZN-dək
- Kreditin müddəti: 48 ayadək
- 0% komissiya
2. Rabitəbank-ın nağd pul krediti üzrə kampaniyasından yararlanmaq üçün keçid edin: https://tinyurl.com/yc4tj9e5
Bankın digər kampaniyaları ilə tanış olmaq üçün keçid edin: Fərdi kampaniyalar
Expressbank
Kampaniya çərçivəsində müştərilər nağd krediti illik 2%-dək endirimlə və ya 0% komissiya ilə əldə edə bilərlər. Faiz endirimi ilə kredit götürmək istəyənlər illik min. 9.9%-dən kredit əldə edə bilərlər.
Həmçinin başqa bankda krediti olan müştərilər kredit borclarını bağlamaq üçün komissiyasız kredit əldə edə bilərlər.
Ətraflı: https://tinyurl.com/4s68j7a6
Accessbank
Bank Yeni il ərəfəsində övladınızı sevindirmək üçün əla fürsət yaradıb. Belə ki, AccessBank-ın uşaq və yeniyetmələrə özəl bank kartı – myCard Junior-u ilin sonuna kimi 50% endirimlə əldə edə bilərsiniz.
Onlayn sifariş üçün: https://bit.ly/4cMU4ml
Kapital Bank
Bank yüksək gəlirli depozit faizlərini indi daha da artırıb. Yeni kampaniya çərçivəsində bankda manat valyutasında depozit yerləşdirən hər kəs illik 11%-dək gəlir əldə edəcək.
Kampaniya 15 yanvar 2025-ci ilədək keçərlidir.
Faizlər: https://tinyurl.com/345296sv
PAŞA Bank
Bankda hazırda bir neçə kampaniya mövcuddur:
1. Kampaniya çərçivəsində PAŞA Bank-da heç bir ödəniş etmədən onlayn biznes hesabı açıb bol hədiyyələrdən faydalanmaq şansınız var:
- “Tarifim” ilə 1 000 000 AZN-dək komissiyasız ölkədaxili köçürmələr;
- 300 000 AZN-dək komissiyasız əməkhaqqı köçürmələri;
- 200-dək pulsuz maaş kartı;
- 1 ədəd pulsuz biznes kartı.
Kampaniyadan 30.12.2024-cü ilədək faydalana bilərsiniz.
Ətraflı məlumat üçün keçid edin: https://pshb.az/3ZiOPpE
2. Növbəti kampaniya bank qarantiyalarına endirimdir. Belə ki, indi bank qarantiyalarını 80% endirimlə əldə edə bilərsiniz. 31 dekabr 2024-cü ilədək qarantiyaları minimal sənəd tələbi və endirimli qiymətlərlə sifariş edin:
- Tender qarantiya (nağd vəsait ilə) 20 AZN;
- Ekspress-tender 30 AZN;
- Ekspress-icra və avans 40 AZN.
PAŞA Bank müştərisi olmaq və biznesinizə uyğun qarantiyanı əldə etmək üçün linkə keçid edin: https://pshb.az/3UYJgLX
3. Digər kampaniya biznes kreditləri üçün keçərlidir:
- Onlayn biznes kreditində illik faiz dərəcəsinə 1%, komissiyaya 25% endirim;
- Ticarət kredit xəttində komissiyaya 50% endirim;
- Faktorinq kreditində 0% komissiya.
Təkliflər 30.12.2024-cü il tarixinədək keçərlidir.
Kampaniya haqqında ətraflı məlumat üçün keçid edin: https://pshb.az/3Vd4S7o
Xalq Bank
Xalq Bank sərfəli alış-veriş təcrübəsi təqdim edən XalqKart məhsulundan daha çox müştərilərin faydalanması məqsədilə kartın satış qiymətinə endirim kampaniyasını elan edir. 31 yanvaradək XalqKart Petrol kartını 10 AZN xidmət haqqı ödəməklə və ya 50 AZN ilkin mədaxillə, XalqKart Cashback kartını isə 10 AZN xidmət haqqı ödəməklə və ya 100 AZN ilkin mədaxil etməklə əldə etmək mümkündür. Kampaniyada yalnız AZN valyutalı kartlara endirim tətbiq edilir.
Ətraflı: https://tinyurl.com/yc7repyf
Bankın digər kampaniyaları: Fərdi kampaniyalar
Bizi sosial şəbəkələrdən izləyin!!