Bankların qeyri faiz zərərləri artıb | Banco.az

Bankların qeyri faiz zərərləri artıb

Qeyri faiz əməliyyatlarındakı axsamalar bu ilin ilk ayında da müşahidə olunub. Ənənəvi tendensiya artıq neçə ildir ki, davam edir. Banklarımız faiz əməliyyatlarında daha qazanclıdırlar. Qeyri faiz əməliyyatlarında mənfəət qazana bilməmələrinin səbəbi isə qeyri faiz gəlirləri ilə müqayisədə qeyri faiz xərclərinin daha sürətlə artmasıdır.

Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların qeyri faiz gəlirləri 11.26% (3,87mln manat) artaraq,  38,23mln manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Halbuki bu müddət ərzində bankların faiz xərcləri 16.61% (10,29mln manat) artaraq 72,22 mln manata çatmışdır.

Beləliklə Bankların qeyri faiz zərəri 23.28% (6,42mln manat)  böyüyərək, 33,99 mln manata çatmışdır.