Bankların qeyri-faiz zərəri artıb | Banco.az

Bankların qeyri-faiz zərəri artıb

Bankların faiz gəlirləri, 2014-cü ilin son ayı ərzində 9,3% artaraq, 2255,73 mln manata çatıb. Bu barədə Mərkəzi Bankın açıqladığı rəqəmlərə istinad edən Banco.az məlumat verir. Bankların faiz xərcləri isə 10,2% artaraq, 986,44 mln təşkil edib. Ümumilikdə, bankların xalis mənfəətində artım 8,7% olub.

Qeyri-faiz əməliiyyatlarında isə banklar mənfəətli ola bilmir. Bankların xalis qeyri-faiz zərəri isə ötən ilin son ayı ərzində 19% artaraq, 432,69 mln təşkil edib. Bankların qeyri-faiz xərcləri 15% artdığı halda, qeyri-faiz gəlirlərində artım 13% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankların faiz və qeyri-faiz gəlirlərinin strukturu ilə aşağıda tanış ola bilərsiniz.