Bankların qeyri-faiz xərclərində vəziyyət necədir? | Banco.az

Bankların qeyri-faiz xərclərində vəziyyət necədir?

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 6-nın bu ilin I rübündəki qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Express Bank", "Yapı Kredi Bank Azərbaycan", Pakistan Milli Bankının Bakı filialı, "AFB Bank", "Premium Bank" və "AGBank"dır.

Ən çox azalma "AGBank"da (20,1%), ən az azalma isə "Express Bank"da (1,1%) qeydə alınıb.

Qalan 22 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika "PAŞA Bank"da (2,5 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (0,7%) qeydə alınıb.

6 bankın qeyri-faiz xərcləri 15 milyon manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 6-nın bu ilin I rübündəki qeyri-faiz xərcləri 15 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (58,952 milyon manat), "PAŞA Bank" (40 milyon 345 min manat), "Azərbaycan Beynəlxalq Bankı" (38 milyon 506 min manat), "Unibank" (12 milyon 293 min manat), "Access Bank" (16 milyon 21 min manat) və "Bank Respublika"dır (15 milyon 573 min manat)

Ən sərfəli kredit üçün müraciət et

Qalan 22 bankdan 2-də qeyri-faiz xərcləri 10-12 milyon manat arasında, 18 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et