Bankların qeyri-faiz gəlirləri 14% artıb | Banco.az

Bankların qeyri-faiz gəlirləri 14% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayının 1-nə Azərbaycan bankları 1 milyard 715 milyon manat qeyri-faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 14.1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 347 milyon manat və ya 25.4% çoxdur. 

Hesabat dövründə bankların qeyri-faiz xərcləri isə 2 milyard 772 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram