Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin oktyabr ayının 1-nə Azərbaycan bankları 1 milyard 379 milyon manat qeyri-faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 157 milyon manat və ya 12.8% çoxdur.
Hesabat dövründə bankların qeyri-faiz xərcləri isə 2 milyard 287.6 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
