Bankların "online məsləhət" xidməti necə işləyir? | Banco.az

Bankların "online məsləhət" xidməti necə işləyir?

Keyfiyyət önəmlidir. Hər bir şirkət üçün günümüzün ən önəmli keyfiyyət göstəricisi müştəri məmnuniyyətidir.

Banklar da öz müştərilərinə müxtəlif xidmətlər göstərirlər.  Xidmətin keyfiyyəti müştərinin həmin banka olan etimadını və inamını artırır.  Bunlardan biri də onların veb səhifələrində yerləşən online dəstək xidmətidir.

Bəzən saytlarda axtardığımız şeyi tapa bilmirik və ya komputerin başından ayrılmadan sualımızı ünvanlamaq üçün birinə ehtiyac duyuruq. Bu zaman bizim köməyimizə online məsləhət bölməsi çatır.

Bəs bankların online məsləhət bölməsi necə işləyir?

Bu gün, yuxarıda danışdıqlarımızdan aydın olduğu kimi bankların online dəstək xidmətlərinin keyfiyyətini araşdırdıq. Belə ki, bankların saytlarında yerləşən online suallara cavab və xidmət bölməsinə daxil olaraq müştəri qismində onlara sual ünvanladıq. Sualımız isə belə oldu:

 “Bankınızda hazırda kredit verilirmi, verilirsə kreditin əldə edilmə şərtləri necədir?”

Müxtəlif cavablar aldıq və xidmətin keyfiyyətini müəyyən etmək üçün keyfiyyət kateqoriyaları müəyyən edərək hər birini qiymətləndirdik. Əsas keyfiyyət kateqoriyalarımız:

Cavab vermə müddəti – söhbətə dərhal qosulma və operativlik

Cavabların dolğunluğu – cavabların sualımızı dolğun şəkildə əhatə etməsi

Qiymətləndirməni isə maksimum 5 bal, minimum 0 bal verməklə etdik.

Aşağıdakı cədvəldən isə əsas qiymətləndirməmizi görə bilərsiniz:

Bank

Xidmətin adı

Cavab vermə müddəti

Cavabların dolğunluğu

AFB Bank

Online dəstək

9 san.

5

AGBank

Konsultant

16 san.

4

ASB Bank

Online müraciət

Cvb verilmədi

0

Atabank

Online məsləhətçi

6 san.

5

Bank BTB

Online konsultant

4 san.

5

Bank of Baku

Online məsləhətçi

8 san.

5

Bank Respublika

Online konsultasiya

3 san.

5

Bank Standard

Online məsləhətçi

Cvb verilmədi

0

Beynəlxalq Bank

Online konsultasiya

20 san.

5

Caspian Development
 Bank

Online dəstək

6 san.

5

Dəmirbank

Online məlumat xidməti

11 san.

3

Kapital Bank

Online məsləhət

3 san.

5

NBC Bank

Online konsultasiya

Cvb verilmədi

0

Nikoil Bank

Online məsləhətçi

10 san.

5

Rabitəbank

Online konsultasiya

8 san.

5

Turanbank

Onlayn konsultasiya

9 san.

5

Unibank

Online məsləhətçi

5 san.

5

VTB Bank Azərbaycan

Online konsultasiya

11 san.

5

Xalq Bank

Online məsləhətçi

7 san.

5

Ən sərfəli kredit üçün müraciət et

Yüksək nəticə göstərən və tam operativ xidmət sərgiləyən banklarımız çox oldu, bu da müştəri kimi onlara olan məmnunluğumuzu artırdı. Bu isə bankları 1 addım öndə edən müxtəlif keyfiyyətlərdən biridir.

Bəzi banklarda isə bu bölmə tamamilə yoxdur. Ümid edirik ki, onlarda da tezliklə bu bölmə fəaliyyətə başlayacaq.