Bankların Novruz kampaniyaları - 2022 | Banco.az

Bankların Novruz kampaniyaları - 2022

Bahar gəlməsi, təbiətin canlanması münasibətilə hamı tərəfindən sevə-sevə qeyd olunan Novruz bayramına sayılı günlər qalıb. Bu bayramda hər kəs bir-birinin evinə qonaq gedir, bayram payı və ya hədiyyələr aparır. Banklar da bayramqabağı müştərilərini öz hədiyyələri ilə sevindirir. Gəlin bankların öz müştərilərinə kampaniya şəklində təqdim etdiyi hədiyyələri gözdən keçirək.

1. ABB

Bank bu bayram öz müştərilərinə həm sahibkarlar, həm də fiziki şəxslər üçün  iki fərqli kampaniya həyata keçirir. Mart ayının sonunadək davam edən kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulan kampaniya mikrokreditləri əhatə edir. Həmin şəxslər bu kampaniya çərçivəsində 20000 manatadək krediti 16%-dən başlayaraq komissiyasız əldə edə bilərlər. Daha ətraflı - https://bit.ly/3C1GP0p​

Digər kampaniyadan isə Tamkart əldə etmək istəyən şəxslər yararlana bilər. Kampaniya müddəti ərzində Tamkart Visa Classic və Tamkart Matercard Standart debet kartlarını 500 manat deyil, sadəcə 100 manat mədaxil etməklə pulsuz əldə edə bilərsiniz. Daha ətraflı - https://bit.ly/35ywBZf

Bundan əlavə, ABB-nin Visa kartları ilə iBox mobil tətbiqi üzərindən etdiyiniz hər alış-verişinizdə 300 AZN-dək ödənişlərdə 20%-dək keşbək qazanacaqsınız. Kampaniya 31 martadək keçərlidir.

2. AFB Bank

Bankdan nağd kredit götürmək istəyənlər bayram kampaniya çərçivəsində 13,99%-dən başlayan faizlərlə kredit əldə edə bilərlər. Kampaniya ərzində müştərilər 30000 AZN-dək krediti 48 ayadək müddətə əldə edə biləcək.

3. Azər Türk Bank

Bank bu baharı daha aşağı kredit faizlərlə qarşılayır. Aprelin 30-dək davam edəcək bu kampaniyada 30000 manatadək nağd pulu 13%-dən başlayan faizlərlə əldə etmək mümkündür. Daha ətraflı - https://bit.ly/3KazP4h

4. Bank of Baku

Martın 31-dək bankın davam edən kampaniyası ərzində daha aşağı faiz və daha az aylıq ödənişlə kredit əldə edə biləcəksiniz.  Həmçinin bu kampaniyadan yararlananlar 3 aylıq güzəşt müddəti əldə edəcəklər. Yəni, mart ayında kredit əldə edənlər aprel, may və iyun aylarında sadəcə həmin aylara düşən faiz borcunu ödəyəcəklər. Daha ətraflı - https://bit.ly/3Ity9SS

5. Bank Respublika

Bankın elan etdiyi kredit kampaniyası aprelin 10-dək davam edəcək. "Doğru seçim" adlı bu kampaniyadan 50000 manatadək 14%-dən başlayaraq komissiyasız nağd kredit əldə etməklə faydalana bilərsiniz. Daha ətraflı - https://bit.ly/3M9jeQ2

6. Expressbank

Bank bu baharı 12,9%-dən başlayan kredit faizləri ilə başlayır. Həmçinin bankın təklif etdiyi 30000 manatadək nağd kredit əldə etdikdə, balansında 10.000 manatadək Expresso Standart, GOLD və Platinum kredit kartları hədiyyə olunacaq. Daha ətraflı - https://bit.ly/3psD9Qe

Bundan əlavə, bank Express24 mobil tətbiqindən istifadə edənlər üçün mart ayının sonunadək müsabiqə keçirir. Belə ki, bankın mobil tətniqi vasitəsilə məbləğinə görə ən çox əməliyyatlar həyata keçirənlərə Iphone 13, Apple watch və Airpods 3 hədiyyə olunacaq. Müsabiqə şərtləri ilə daha ətraflı linkdən tanış ola bilərsiniz - https://bit.ly/3hqDdLW

7. Kapital Bank

BirKart Taksit və BirKart Cashback kartları ilə 100 AZN və daha yuxarı məbləğdə taksitli alış-veriş edənlər 5% keşbek, BirKart Miles kartları ilə taksit əməliyyat etdikdə 3 qat mil, BirKart Umico kartları ilə taksit əməliyyat etdikdə isə 5% Umico Bonus qazanmaq mümkündür. Lakin hər kart sahibi bir əməliyyat üzrə maksimum 20 AZN məbləğində keşbek qazana bilər. Kampaniya 5 apreldək davam edəcək. Daha ətraflı - https://bit.ly/3JcqWa2

8. Muğanbank

Ay ərzində bankın MC World Elite və Visa Infinite kartl istisna olmaqla, bütün kartlarını 50% endirimlə əldə edə bilərsiniz. Kampaniya 31 martadək davam edəcək.

Bundan başqa, bank aprelin 30-dək əmanət faizlərini artırıb. Qeyd olunan tarixədək,  Meqa depoziti 11%, Avans depoziti isə 9%-lə hesablanacaq.

9. Naxçıvanbank

Növbəti kredit kampaniyası Naxçıvanbankdandır. Mart ayının sonunadək qüvvədə olan kampaniyada  30000 AZN-dək nağd pul kreditini 14%-dən başlayan faizlərlə əldə edə bilərsiniz. Bu zaman isə komissiya haqqına 50% enidirim olunacaq. 

Ən sərfəli kredit üçün müraciət et

10. PAŞA Bank

Bank mayın 4-dək regionlardakı kiçik və orta biznes sahibkarları üçün bank qarantiya növləri üzrə 50% endirim kampaniyasını təqdim edir. Biznes sahibləri kampaniya çərçivəsində tender, icra, avans və pul tutulma qarantiyalarından endirimlə yararlana biləcəklər. Daha ətraflı - https://bit.ly/3tLEMK9

Bankın sahibkarlar üçün növbəti kampaniyası biznes kreditləri ilə bağlıdır. Martın 30-dək sahibkarlar kredit əldə edərkən, komissiyada 50% endirim əldə edəcəklər. Bununla yanaşı, biznes kreditlərini girovsuz və onlayn əldə etmək mümkündür. Daha ətraflı - https://bit.ly/3CI0hzr

11. Premium Bank

Martın 20-dək davam edən kampaniya çərçivəsində hər kəs bankın Visa Signature Miles kartını daha sərfəli şərtlərlə − cəmi 100 manata (2 illik) və 150 manata (3 illik) əldə edə biləcək.

12. Rabitəbank

Bankın elan elədiyi bayram kampaniyasında kredit götürmək istəyən hər kəs kredit faizlərini özü təyin edəcək. Müştəri bu faizlərdən - 12%, 13%, 14% və 15% birini seçməklə 30000 manatadək kredit əldə edə biləcək. Bu kampaniyadan yararlanan bütün müştərilərə 1 illik Yaşıl Kartmane Kredit kartı hədiyyə olunacaq. Kampaniya aprel ayının 15-dək davam edəcək. Daha ətraflı - https://bit.ly/3hxfgCP

Bundan əlavə, bank həm kredit və debit, həm də sadə və premium Kartmane kartları üzrə 20-31 mart tarixlərində kampaniya elan edir. Kampaniya çərçivəsində bu kartlarla  Trendyol, Hepsiburada və Aliexpress onlayn satış platformalarından alış-veriş etdikdə əlavə 1% kəşbək qazanacaqlar. Əlavə keşbeklər qazanmaq üçün Yaşıl Kartmane kartı üzrə dövriyyə min. 300 AZN/USD/EUR və yuxarı, Premium Kartmane kartı üzrə dövriyyə min. 500 AZN/USD/EUR və yuxarı olmalıdır.

13. TuranBank

Bank bu bayram nağd kredit faizlərini 12,7%-dək endirib. Aprel ayının 20-dək davam edən bu kampaniya ərzində onlayn kredit sifariş verənlər isə əlavə 1% də endirim əldə edəcəklər.

14. Unibank 

Bankın "4 çərşənbə" kampaniyasından mikro və kiçik sahibkarlar faydalana bilər. Kampaniya çərçivəsində sahibkarlar hər çərşənbəyə uyğun paketlərdən biri seçməklə, daha sərfəli kredit şərtlərindən yararlana bilər. Kampnaiya martın 31-dək qüvvədədir. Daha ətraflı - https://bit.ly/3IDqeT5 

15. VTB Bank

Bank bu bayram depozit yerləşdirən müştərilər üçün kampaniya keçirir. Daha ətraflı desək, kampaniya çərçivəsində bankda depozit yerləşdirən müştərilər illik faizə əlavə +1% bonus əldə edəcəklər. Həmçinin mart ayının sonunadək manatla depozit yerləşdirənlər Airpods Pro, Apple watch SE, iPhone 12 Pro 128 gb və iPhone 13 Pro 128 gb qazanmaq şansı əldə edəcək.

16. Yapı Kredi Bank Azərbaycan

9 mayadək bankdan daha aşağı faizlərlə istehlak krediti əldə edəcəksiniz. Bu müddət ərzində 36 ayadək krediti 13%-dən başlayan faizlərlə əldə etmək mümkün olacaq.

17. Yelo Bank

Bankın bu bayram kampaniyası mikro sahibkarlar üçün nəzərdə tutulub. Martın 31-dək sahibkarlar 10 milyon manatadək krediti 5%-dən başlayan faizlə komissiyassız əldə edə bilərlər.

 

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et