Bankların Novruz kampaniyaları - 2021 | Banco.az

Bankların Novruz kampaniyaları - 2021

Hər bayramda olduğu kimi bu Novruz da banklar öz kampaniyaları ilə müştərilərini sevindirir. Banco.az da öz növbəsində bankların Novruz kampaniyalarını bir araya gətirib təqdim edir.

1. AccessBank

Bank aprelin 1-dək müştərilərə 17% - dən başlayan və 30 000 AZN-dək nağd krediti elə indi əldə etmək fürsəti yaradır. Bu kampaniya çərçivəsində krediti 0% - dən başlayan komissiya ilə 48 ayadək əldə etmək mümkündür. Aylıq ödəniş isə minimum 30 AZN-dən başlayır. 15 000 AZN-dək kredit isə zaminsiz rəsmiləşdirilir. Kredit kartı isə hədiyyə olaraq təqdim olunur.

2. Azərbaycan Beynəlxalq Bank

Kampaniya çərçivəsində eyni zamanda bankın bir neçə məhsulları üzrə xüsusi imtiyaz və endirimlər təklif edilir. “Yaz fürsəti” kampaniyasında təklif edilən şərtlər aşağıdakı kimidir:

  • Martın 31-dək davam edəcək “Yaz fürsəti” kampaniyası çərçivəsində müştərilər TamKart kredit kartını pulsuz əldə edərək kredit faizinə endirim qazana bilərlər. Kredit 18%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ay müddətinə, 30 000 manatadək təklif edilir.
  • Eyni kampaniya çərçivəsində Bankın TamKart debet  kartlarını 50% endirimlə əldə etmək olar. Kartları həm Bankın filiallarında, həm də rəsmi internet səhifəsində onlayn sifariş vermək mümkündür.
  • Nağdsız ödənişlərindən millər toplayıb pulsuz səyahət imkanı qazanmaq istəyənlər isə Azərbaycan Beynəlxalq Bankının “Yaz fürsəti” kampaniyasından faydalana bilərlər. Belə ki, Bankın belə bir imkanı yaradan IBA Miles kartları indi müştərilərə endirimli  qiymətlə təklif edilir. Müştərilər martın 31-dək IBA Miles kartlarını onlayn sifariş əsasında 30% güzəştlə əldə edə bilərlər. Üstəlik, kart onlayn sifariş edildikdə müştərinin ünvanına pulsuz çatdırılır.
  • “Yaz fürsəti” kampaniyası çərçivəsində  18 - 28 mart tarixləri aralığında TamKart sahibləri alış-verişlərini Azərbaycan Beynəlxalq Bankının partnyor şəbəkəsində bu kartla etdikdə daha çox kəşbək və endirimlər qazanacaqlar. Bankın partnyor şəbəkəsi ilə buradan ətraflı tanış ola bilərsiniz.

3. AFB Bank

“Novruz Kampaniyası” çərçivəsində bankın müştərilərinə “Nağd pul krediti” məhsulunun illik faiz dərəcələrinə 5% -dək endirim tətbiq edilir. Kreditin müddətindən asılı olaraq 3-12 ay müddətlik kreditlər 17%, 13-24 aylıq 19%, 25-36 aylıq isə 21%-dən hesablanacaq. Kampaniyasının şərtlərinə əsasən kreditlər 20.000 AZN-dək rəsmiləşdirilə bilər və kredit məbləği 5000 AZN-dək olduqda zamin tələb olunmur. Kampaniya 10.04.2021-ci il tarixinədək qüvvədədir.

4. Bank Respublika

Bank bu bayram həm əmanət yerləşdirən, həm də kredit əldə etmək istəyən müştərilər üçün kampaniya elan edir.

Əmanət yerləşdirən bütün müştərilərə müddətin sonunda +1% bonus və məbləğdən asılı olaraq premium kart hədiyyə veriləcək. Kampaniya 31.03.2021 tarixinədək davam edəcək.

Novruz bayramının 4 çərşənbəsi ilə bağlı bank “Öz Çərşənbəni Seç!” adlı 4 kredit paketi təklif edir. Aprelin 5-dək davam edən kampaniyada hər kredit paketin özünəməxsus güzştləri var. Bu kredit paketləri ilə tanış ola bilərsiniz:

“SU” Paketi:  1)Kredit faizinə 2% endirim; 2) Kredit müddətinin əlavə 6 ay uzadılması; 3)Visa Gold plastik kartı hədiyyə

“OD” Paketi: 1)Komissiya 0%; 2) Kredit müddətinin əlavə 6 ay uzadılması; 3)Mastercard PayPass Stiker hədiyyə

“YEL” Paketi: 1)Komissiya 0%; 2)3 aylıq güzəşt müddəti; 3)Visa Gold plastik kartı hədiyyə

“TORPAQ” Paketi: 1)Kredit faizinə 2% endirim; 2)3 aylıq güzəşt müddəti; 3)Mastercard PayPass Stiker hədiyyə

Qeyd edək ki kampaniya çərçivəsində max.müddәti 48 ay olan 30 000 manatadək nağd istehlak kreditini 15%-dən başlayan faiz dərəcəsi və zaminsiz əldə etmək mümkündür.

Bundan əlavə, bank sahibkarlar üçün də kredit kampaniyası təklif edir.

May ayının 1-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən sahibkarlar, mikro və aqro kreditlər üzrə 5%-dək faiz endirimi əldə edə bilərlər. Kreditin maksimal məbləği 50 000 manat, müddəti isə 36 ay təşkil edir. Qeyd edək ki, kampaniya çərçivəsində kreditləri 11%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə əldə etmək mümkün olacaq.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

5. Bank of Baku

Novruz münasibətilə 15-20 mart tarixləri arasında Bank of Baku-ya müraciət edən hər kəs 30.000 AZN-dək nağd pul kreditini komissiyasız, zaminsiz və endirimli faiz şərtləri ilə əldə edə bilərlər.

Sığorta haqqının da olmadığı kredit kampaniyasından əmək haqqı və iş yerindən asılı olmayaraq hər kəs faydalana bilər.

Qeyd edək ki, kampaniya çərçivəsində kredit əldə edən müştərilər növbəsiz çevik rəsmiləşmə üstünlüyündən və İlboyu Qazandıran Kredit kampaniyasından da faydalanacaqlar.

Bundan əlavə bank Bolkart sahibləri üçün də kampaniyalar təşkil edir:

  • 15-20 mart tarixlərində Bolkart taksit kartı ilə marketlərdə ümumilikdə min. 200 AZN-lik alış-veriş edən hər kəs 20 AZN CASHBACK;
  • 19-28 mart tarixlərində Bolkartın bütün “3-18 aya ödə partnyorlarında” alış-veriş edən müştərilər isə ödəniş müddətinə +3 AY HƏDİYYƏ qazanacaqlar.

6. BTB Bank

Banka kredit üçün müraciət edən müştərilər sərfəli şərtlərlə kredit götürməklə yanaşı əlavə pul da qazana biləcəklər. Kampaniya müddətində istehlak və biznes kreditləri əldə etmiş şəxslər müddətin sonunda illik faizin 11%-ni hədiyyə olaraq geri alacaqlar. Qeyd edək ki, “Novruz payı” kampaniyası 31 Mart 2021-ci il tarixinədək davam edəcək. Kampaniyanın daha bir üstünlüyü, təklif olunan kreditlərdə komissiya faizinin 0% olmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

7. Kapital Bank

BirBank Novruz Bayramının gəlişi münasibətilə kampaniya müddətində hər çərşənbə axşamı “Ürəklər”i daha sərfəli şəkildə xərcləyə biləcəklər.

Şərtlərə görə, 23 fevral – Su çərşənbəsində Azərsu, 2 mart – Od çərşənbəsində Azəriqaz, 9 mart – Yel çərşənbəsində Azərişıq ödənişləri edərkən 1 AZN ödəniş üçün cəmi 5 000 Ürək xərcləməli olacaqlar. Qeyd edək ki, digər vaxtlarda 1 AZN üçün 10 000 Ürək xərcləmək lazım olur. Eləcə də, 16 mart – Torpaq çərşənbəsində Azercell-dən 10 danışıq dəqiqəsi və ya 50 meqabayt internet, Bakcell-dən 20 danışıq dəqiqəsi (Ulduzum) və ya 50 meqabayt internet 5 000 Ürək deyil, cəmi 1 000 Ürəyə təqdim olunacaq. Ətraflı məlumat üçün – https://kbl.az/bbcuh

8. PAŞA Bank

31 mart 2021-ci il tarixinədək davam edən kampaniya çərçivəsində sahibkarlar, məbləğindən asılı olmayaraq “Onlayn biznes krediti”-ni illik 16.5% ilə, “Onlayn biznes kredit xətti”-ni illik 17% olmaqla 12 ay müddətinə rəsmiləşdirə bilərlər. Sahibkarlara biznes kreditlərini girovsuz, Banka gəlmədən və tamamilə onlayn əldə etmə imkanı təklif olunur.

Bundan əlavə qeyd olunan müddət ərzində PAŞA Bankın biznes kreditlərindən yararlanan müştərilərə hədiyyə seçimi də təklif olunur. Belə ki, kampaniyada iştirak edən sahibkarlar “Umico” balanslarına 100 AZN bonus və ya 1 illik korporativ Miles&Smiles kartını hədiyyə olaraq seçə bilərlər.

Kredit xəttinin əsas üstünlüyü istifadə olunan məbləği geri ödədikdən sonra bu məbləğdən təkrar istifadə etmək imkanıdır. Hər dəfə vəsait lazım olduqda yenidən müraciət etməyə ehtiyac qalmır. Kredit xəttindən biznesin cari xərclərini qarşılamaq və ya biznesin inkişafı üçün istifadə etmək mümkündür.

9. Rabitəbank

Bayramqabağı alış-veriş etmək, sevdiklərinə hədiyyə almaq, kiçikdən böyüyədək hər kəsi sevindirmək istəyənlər Rabitəbankdan nağd pul kreditini 15%-dən başlayan sərfəli şərtlərlə əldə edə biləcəklər. Kredit müddəti 36 ay, maksimal məbləğ isə 20 000 AZN olacaq. Bayram krediti komissiya və sığorta haqqı ödəmədən nağd pul krediti almaq istəyənlər üçündür. Bu təklifi seçən müştərilər fərdi məqsədlər üçün istehlak krediti əldə etdikdə kreditin komissiyası və sığorta haqqını Rabitəbank qarşılayacaq. Kampaniya 19 martadək qüvvədədir.

10. TuranBank

Bank biznesə dəstək məqsədilə yeni kredit kampaniyasına start verib. Aprel ayının 10-dək davam edəcək “Baharın sərfəli anı” kampaniyasının şərtlərinə əsasən,  sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kreditləri illik 10,9%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Bununla yanaşı, kampaniya çərçivəsində rəsmiləşdirilən kreditlər sahibkarlara komissiyasız təklif edilir. Kampaniya şərtlərinə görə kreditin maksimal müddəti 36 ay, maksimal məbləği 100 000 AZN təşkil edir.

11. Unibank

Bankda manat depozit hesabı açmaqla, əmanətinizdən +2% daha yüksək gəlir götürə bilərsiniz.Kampaniya müddətində bankda əmanət hesabı açan şəxslər aşağıdakı üstünlükləri əldə edəcək:

- “Müddətli” manat əmanətində 2% daha yüksək gəlir götürürsünüz;

-  Faizlərin ayda 1 dəfə alınması üçün pulsuz kart əldə edirsiniz;

- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;

- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Bundan əlavə, biznes sahiblər üçün keçirilən “Novruz kampaniyası”nda sahibkarlar “Unibank”dan həm 3%-dək endirimli biznes krediti götürmək imkanı qazanacaqlar, həm də komissiya ödəməyəcəklər.

Kampaniyadan faydalanmaq istəyən sahibkarlar martın sonunadək həftə içi “Unibank”ın  “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına  müraciət edə bilərlər.  

12. VTB Bank

Bank VTB Sizə 10 000 AZN-dək 18%-dən başlayan faizlə Nağd Pul kreditini təklif edir. Bunun üçün (+994) 70 214 09 86 nömrəsinə "Kredit" sözünü göndərib, 30 saniyədə ərzində sifarişiniz rəsmiləşdirilir. Bunun üçün rəsmi gəlirin olması və kredit üzrə gecikmələrin olmaması kifayətdir

13. Yelo Bank

Bank bu bayram münasibətilə mart ayının sonunadək əməkhaqqından asılı olmayaraq hamıya illik 14.9%-lə 30 min manatadək nağd pul kreditləri təklif edir.

14. Yapı Kredi Bank Azərbaycan

Aprelin 5-dək daha çox alış-veriş edən World kart istifadəçiləri Iphone 12 Pro Max qazanacaq. Kampaniyaya daxil olan hər bir alış-verişin minimum məbləği 15 AZN-dir. Vergi ve Gömrük ödənişləri kampaniyaya şamil edilmir. Bir mağazadan eyni gündə eyni kartla 3 ədəddən daha çox edilən ödənişlər şamil edilmir. İki və ya daha çox qalib namizədi olduğu halda, ən çox məbləğdə dövriyyə etmiş müştəri qalib seçiləcək. Pul kartlar, Gömrük Kartları, Virtual Kartlar və Business kartlarla ediən əməliyyatlar kampaniyaya şamil edilmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et