Nizamnamə — hansısa dövlət orqanının, müəssisənin, təşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəddir.
Nizamnamə kapitalı isə, müəssisə yaradılarkən, təsis sənədləri ilə müəyyən edilmiş həcmdə onun fəaliyyətini təmin etmək üçün müəssisənin əmlakına iştirakçıların (sahibkarların) qoyduğu payların (pul ifadəsində) məcmusunu özündə əks etdirir.
Banco.az xəbər verir ki, Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.
Bankın məcmu kapitalının minimum miqdarı 10 (on) milyon manat, 2015-ci il 1 yanvar tarixindən isə 50 (əlli) milyon manat məbləğində olmalıdır.
AR Mülki Məcəlləsinə əsasən nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı AR Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.
Bankların və bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı nə qədər olmalıdır?
Banklar – Azərbaycan Respublikası Mərkəzi Bankının 25.07.2012-ci il tarixli 20/3 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən yeni yaradılan bankların nizamnamə kapitalının minimum məbləği 50 milyon manat olaraq müəyyən edilmişdir.
Bank olmayan kredit təşkilatları – Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 07.07.2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-lar üçün nizamnamə kapitalının minimum məbləği 300 min manat, qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-lar üçün isə 30 min manat olaraq müəyyən edilib.
Kredit ittifaqları – Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 07.07.2017-ci il tarixli 16 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən nizamnamə kapitalının minimum məbləği 4 min manat olaraq müəyyən edilmişdir.
Bank |
Nizamnamə kapitalı |
Əsas səhmdar |
Faiz nisbəti |
AccessBank |
258 718.02 |
Asiya İnişaf Bankı |
19.90% |
AFB Bank |
70 393.46 |
İsmayılov Hikmət Əbuzər oğlu |
99.60% |
AGBank |
103 800 |
minaritariyalar |
66.43% |
AmrahBank |
39 844 |
İldırımzadə Yunis Əli oğlu |
53.17% |
AtaBank |
120 020 |
Synergy Group MMC |
86.00% |
Azər Türk Bank |
50 000 |
Əmlak Məsələləri Dövlət Komitəsi |
75.00% |
Azərbaycan Beynəlxalq Bankı |
1 224 478 |
Maliyyə Nazirliyi |
91.40% |
Azərbaycan Sənaye Bankı |
60 000 |
Anadolu İnvestment Company |
94.40% |
Bank Avrasiya |
50 000 |
YEVRO STANDART MMC 37.5 % |
75.00% |
Bank BTB |
66 450 |
Nigar Mehdiyeva |
74.99% |
Bank Melli İran Bakı filialı |
73 611.17 |
Bank Melli İran |
100.00% |
Bank of Baku |
52 870 |
NAB Holding |
35.00% |
Bank Respublika |
73 461 |
Quliyev Natiq Saday oğlu |
44.00% |
Bank VTB (Azərbaycan) |
315 815 |
Bank VTB |
99.90% |
Expressbank |
137 257 |
Azenco Group MMC |
40.00% |
Günay Bank |
64 910.09 |
Məmmədov Mahmud |
89.80% |
Xalq Bank |
225 078.6 |
İdeal Business Ko MMC |
50.00% |
Kapital Bank |
185 850 |
Paşa Holding |
99.87% |
Muğanbank |
95 000 |
Mehdiyev Elmir Maqbet oğlu |
63.50% |
NBCBank |
64 000 |
Nuru Əliyev |
65.91% |
NİKOİL Bank |
348 000 |
Topaz İnvestment Limited MMC |
95.68% |
Pakistan Milli Bankı Bakı filialı |
9 420 |
Pakistan Respublikasının höküməti |
75.00% |
PAŞA Bank |
333 000 |
Paşa Holding |
60.00% |
Premium Bank |
104 601.42 |
Zərifə Həmzəyeva |
84.47% |
Rabitəbank |
101 300.08 |
Əliyev R.Z |
40.60% |
TuranBank |
55 003.47 |
Fiziki şəxslər (21 nəfər) |
71.60% |
Unibank |
125 686 |
Avropa Yenidənqurma və İnkişaf Bankı |
44.50% |
Yapı Kredi Bank Azərbaycan |
55 381 |
Yapı Kredi Bank AŞ |
99.80% |
Ziraat Bank Azerbaycan |
50 000 |
Ziraat Bank TC AŞ |
99.98% |
Qeyd. Araşdırma bankların saytlarındakı məlumatlar əsasında hazırlanmışdır.