Bankların nağd pul vəsaiti üzrə vəziyyəti necədir? | Banco.az

Bankların nağd pul vəsaiti üzrə vəziyyəti necədir?

Likvidlik öz dəyərini itirmədən tez bir zamanda pul vəsaitinə çevrilmədir ki, likvid aktivlər də bazarda asanlıqla pula satılıb alına bilən və dəyər itkisi yaratmayan aktivlərdir. O cümlədən, likvidliyin dərəcəsini cəld və tez bir zamanda az itki ilə pula çevrilmə müəyyən edir. Likvidliyinə görə də aktivlər likvid və ya aşağı likvidli olmaqla müxtəlif cür ola bilər. Bildiyimiz kimi, ən likvid aktivlər pul vəsaitləri və onların ekvivalentləridir.

Likvid aktivlərə müxtəlif müəssisələrdə ona görə ehtiyac böyükdür ki, bu vəsaitlərin mövcudluğu müəssisəyə daha asan şəkildə pul ödəmələrini həyata keçirməyə imkan verir.

Banklar da öz növbəsində “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı” dərc edərək pul və pul ekvivalentlərinin həcmini göstərirlər. Çünki banklar müəyyən qədər mənfəət əldə edə bilərlər amma nağd pul vəsaitlərinin və ya likvid aktivlərinin mövcud olmaması onlara müxtəlif ödəmələri həyata keçirməyə imkan verməz. Lakin təəsüf ki, bir çox banklar bu hesabatı paylaşmırlar.

Banco.az olaraq 2016-cı ilin 3-cü rübünə “Pul vəsaitlərinin hərəkəti hesabatını” dərc edən bankların mövcud pul vəsaitləri və onların ekvivalentlərini araşdırdıq və cədvəldə əks etdirdik:

Bank

Pul vəsaitləri və onların ekvivalentləri (manat)

Yapı Kredi Bank Azərbaycan

184 177 000

Bank of Baku

114 358 000

AFB Bank

85 432 112

Expressbank

36 181 000

Dəmirbank

17 352 000

ASB Bank

8 401 780

Ən sərfəli kredit üçün müraciət et