Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 50 534 nəfər və yaxud 0,8% artaraq bu il avqustun 1-nə 6 119 970 nəfər təşkil edib.
Məlumata görə, müştərilərin 6 022 430 nəfəri fiziki, 97 540 nəfəri hüquqi şəxslərdir. iyulda fiziki şəxslərin sayında 48 274 nəfər və yaxud 0,8%, hüquqi şəxslərin sayında isə 2 260 nəfər və yaxud 2,4% artım qeydə alınıb.
Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 3 038 nəfər və yaxud 1,2% artaraq 250 273 nəfərə çatıb.
Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 347 930 nəfər və ya 6,0% artıb.
Report.az