Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan öhdəlikləri 2017-ci il yanvarın 1-nə 7 046,8 mln. manat təşkil edib.
Öhdəliyin həcmi dekabrın 1-nə olan göstərici ilə müqayisədə 275,4 mln. manat və ya 3,76% azalıb, ötən ilin əvvəlinə nisbətən isə 1 671,8 mln. manat və ya 31,1% artıb.
Qeyd edək ki, kommersiya banklarının AMB qarşısındakı öhdəliklərində dekabr ayında azalma olsa da, xarici öhdəliklərində yanvarın 1-ə 185,7 mln. manat artım qeydə alınıb.
©Report