Bankların mənfəəti son 4 ildə necə dəyişib? | Banco.az

Bankların mənfəəti son 4 ildə necə dəyişib?

Qrafikdə son 4 ilin II rüblərində bankların mənfəətlərindəki dəyişiklik əks olunub. Qrafikdə xətlərin üzərinə toxunsanız, xəttin aid olduğu bankın illər üzrə göstəricisini görmüş olacaqsınız. Sağ tərəfdə kursoru hər hansı bankın adına yaxınlaşdırdıqda qrafikdə digər bankların göstəricilərini əks etdirən xətlər solğunlaşaraq seçdiyiniz bankın mənfəətindəki dəyişikliyi aydın görə bilərsiniz. Həmçinin sağda bankın adına 1 dəfə klikləməklə bankın göstəricisi qrafikdə görsənməyəcək. Bu isə sizə istədiyiniz bankların göstəricilərini müqayisə etməyə imkan verəcəkdir (Qrafikin sağ yuxarı küncündə yerləşən işarə vasitəsilə qrafiki tam ekranda baxa bilərsiniz).

Qeyd edək ki, bu illər ərzində mənfəətində ən böyük dəyişiklik olan banklar Kapital Bank, Unibank, Paşa Bank, Nikoil Bank və Accessbankda qeydə alınmışdır. Kapital Bankda əsas dəyişiklik bu ildə keçən ilə nisbətən mənfəətin 1.8 dəfə artımı müşahidə olunur. Unibank 2016-cı ildə mənfi mənfəətlə rübü başa vurmuşdursa, növbəti illərdə müsbət nəticəyə nail ola bilmişdir və bu il isə keçən ilə nisbətən 4.3 dəfə çox mənfəət qazanmışdır. Paşa Bankda 2017-ci ilin II rübü zərərlə nəticələnsə də, növbəti illərdə bank sürətlə irəliləməyi bacarmışdır.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Fuad Fərəcoğlu

 

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et