Bankların məlumat mərkəzi necə işləyir? - Gizli Araşdırma | Banco.az

Bankların məlumat mərkəzi necə işləyir? - Gizli Araşdırma

Bir şirkətin müştərisinə göstərdiyi xidmət nə devalvasiyadan, nə böhrandan, nə də ki, hər hansı bir problemdən asılı olmamalıdır. Hər nə olursa olsun, müştərisinə hörmət və sevgi ilə yanaşmaq istər xırda, istərsə də böyük şirkətlərin əsas borcudur. 

Elə bu fikirləri əsas götürərək, Bankların Məlumat mərkəzlərinin müştərilərlə olan münasibətini araşdırdıq. 

Məlumat Mərkəzi çalışanları  bankın məhsul və ya xidmətləri barədə müştərilərə ətraflı məlumat vermək, ünvanlanmış sualları qısa zaman kəsiyində cavablandırmaqla məşğuldurlar. Bankın səsi sayılan bu insanlar gün ərzində yüzlərlə telefon zənginə cavab verirlər. Bu heç də asan iş deyil. Lakin, əvvəldə də qeyd etdiyimiz ki, müştəriyə xidmət daima yüksək səviyyədə olmalıdır.

Məlumat mərkəzinin operativ işləməsi, məlumatın dolğun verilməsi və xoş rəftar bankın imicinin və ona olan bağlılığın yüksəlməsinə səbəb olur. 

Banklarımızın məlumat mərkəzləri öz müştərilərinə necə xidmət göstərir?

Banco.az olaraq, bu barədə gizli araşdırma apardıq. Banklara müştəri qismində zəng edərək Məlumat mərkəzi işçilərinə suallar ünvanladıq. Kimiləri operativ və dolğun məlumat verərkən, kimiləri isə əksini nümayiş etdirdi.

Tamamilə obyektiv yanaşaraq əldə etdiyimiz nəticələri sizlərlə bölüşmək istərdik. 

Belə ki, bankların məlumat mərkəzlərinin zəngə cavab vermə müddətini, operativliyini, məlumatın dolğunluğu və müştəri məmnuniyyətini  5 ballıq sistemlə qiymətləndirdik:

5 - Əla

4 - Yaxşı

3 - Kafi

2 - Qeyri-kafi

Cavab müddəti - Sual verildikdən cavab verilənədək olan müddət

Məlumatın dolğunluğu - Verilən məlumatın hər tərəfli və izahlı olması

Operativlik - Verilən suala tez və yerindəcə cavab vermək

Müştəri Məmnuniyyəti - Qarşı tərəfin xoş rəftarı və ehtiyacın tam qarşılanması.

Bank

Cavab
müddəti

Məlumatın
dolğunluğu

Operativlik

Müştəri
Məmnuniyyəti

Nəticə

AccessBank
151

1 dəq.

5

5

5

15

AFB Bank
(012) 565-65-65

1 dəq.

5

5

5

15

AGBank
135

1 dəq.

5

5

5

15

Amrahbank
987

1 dəq.

5

5

5

15

ASB Bank
137

1 dəq.

5

5

5

15

Atabank
136

1 dəq.

5

5

5

15

Azər Türk Bank
945

1 dəq.

5

5

5

15

Bank Avrasiya
(012) 598 85 85

3 dəq.

4

3

3

10

Bank BTB
946

1 dəq.

5

5

5

15

Bank of Baku
145

1 dəq.

5

5

5

15

Bank Respublika
144

1 dəq.

5

5

5

15

Bank Silk Way
931

2 dəq.

5

4

4

13

Bank Standard
158

1 dəq.

5

5

5

15

Beynəlxalq Bank
937

1 dəq.

5

5

5

15

Caspian Development
 Bank
1545 - 310 15 45

1 dəq.

5

5

5

15

Deka Bank
(012) 498-11-48

1 dəq.

3

4

3

10

Dəmirbank
149

1 dəq.

5

5

5

15

Expressbank
132

1 dəq.

5

5

5

15

Gunay Bank
(012) 498-04-55

2 dəq.

3

2

2

7

Kapital Bank
196

1 dəq.

5

5

5

15

Kredo Bank
(012) 437-09-04

2 dəq.

4

3

2

9

Muğanbank
933

1 dəq.

5

4

4

13

NBC Bank
932

2 dəq.

5

4

4

13

Nikoil Bank
981

1 dəq.

5

5

5

15

Parabank
139

1 dəq.

5

5

5

15

Paşa Bank
(012) 496-50-00

1 dəq.

5

5

5

15

Rabitəbank
133

1 dəq.

5

5

5

15

Turanbank
935

1 dəq.

5

4

4

13

Unibank
117

1 dəq.

5

5

5

15

VTB Bank
Azərbaycan
986

1 dəq.

5

5

5

15

Xalq Bank
138

1 dəq.

5

5

5

15

Yapı Kredi Bank
Azərbaycan
(012) 497-77-95

1 dəq.

5

5

5

15

Zaminbank
(012) 464-14-01

1 dəq.

4

4

4

12

Ziraat Bankı
(012) 505-56-16

1 dəq.

5

5

5

15

Ən sərfəli kredit üçün müraciət et

Bildirmək istərdik ki, bütün banklara eyni sualı ünvanladıq və əksər banklarda suala cavab müddəti bir dəqiqəyə qədər oldu. Bəzi banklarda isə yönləndirmə və ya suala cavabı dəqiqləşdirmə halı yaşandığı üçün müddət 1 dəqiqədən artıq vaxt aparıb. 

Ümumi mənzərəyə nəzər saldıqda görürük ki, vəziyyət heç də acınacaqlı deyil. Hətta deyə bilərik ki, Banklarımızın Məlumat Mərkəzi işçiləri olduqca nəzakətlidirlər. 

Tam göstərici ilə cədvəldə yerləşən banklarımızı təbrik edirik. 

Sükanı belə saxlayın :)

Ən sərfəli krediti almaq üçün müraciət et