Bankların ləğv edilməsinə çəkilən xərclər 5 dəfə azaldılıb | Banco.az

Bankların ləğv edilməsinə çəkilən xərclər 5 dəfə azaldılıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanmış kommersiya banklarının ləğv edilməsinə çəkilən xərcləri 5 dəfə azaldıb.

Bu barədə bu gün keçirdiyi mətbuat konfransında ADIF-in icraçı direktoru Azad Cavadov məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

“Əgər hansısa bankın aylıq xərci 1,5 mln. manat idisə, hazırda bu rəqəm 200-300 min manatdır. Çünki ləğvetmə prosesi vahid mərkəzdən, vahid proqram təminatı ilə, eyni ofisdə həyata keçirilir”, - deyə Fondun rəhbəri qeyd edib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et