Bankların kredit qoyuluşundakı rolu azalıb | Banco.az

Bankların kredit qoyuluşundakı rolu azalıb

Banco.az saytı Mərkəzi Bankın son hesabatlarına istinadən xəbər verir ki, 2015-ci il mayın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard  595,5 milyon manat təşkil edib ki, bu da mart ayındakı göstəricidən 0.18 % azdır.

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin aprel ayında da özəl banklar kredit verilməsində kredit təşkilatları arasında lider rolunu qoruyub saxlayıb. Özəl banklar tərəfindən 12 milyard 590,9 milyon manat və ya bütün kreditlərin 61,1%-i həcmində kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət bankları tərəfindən verilən kreditin miqdarı 7mlrd 414 mln manat (36.0%), bank olmayan kredit təşkilatlarının verdiyi kreditin miqdarı isə 590,6 mln manat (2.9%) olub.

Cari ilin mart ayı ilə müqayisədə, kreditin verilməsində dövlət banklarıda 0,36%, özəl banklarda 0,33% azalma, qeyri-bank kredit  təşkilatlarında isə 5.56% artım müşahidə olunub ki, rəqəmlər də kifayət qədər nəzərəçarpandır.