Banco.az olaraq 31.12.15 tarixinə açıqlanmış olan maliyyə göstəricilərinə əsasən bankların kredit portfelinə nəzər saldıq. Sizlərə 2015-in ən çox kredit verən 5 bankın təqdim edəcəyik.
Bir sıra banklar son maliyyə vəziyyəti haqqında hesabatlarını açıqlamadığından onların təqdim edilən siyahıda adları yoxdur və müqayisədə iştirak etmirlər.
İlk növbədə ümumi mənzərəyə nəzər salaq:
Kredit portfelinin həcminə görə ilk beşliyə daxil olan banklar:
"Kapital Bank" (1 mlrd manat) - 2014-cü ilin son rübü ilə müqayisədə 32% artım müşahidə olunur.
"AccessBank" (923 mln manat) - 2014-cü ilin son rübü ilə müqayisədə 12% artım müşahidə olunur.
"Paşa Bank" (737 mln manat) - 2014-cü ilin son rübü ilə müqayisədə 36% artım müşahidə olunur.
"Atabank"(530 mln manat) - 2014-cü ilin son rübü ilə müqayisədə 19% artım müşahidə olunur.
"Bank Silk Way" (346 mln manat) - 2014-cü ilin son rübü ilə müqayisədə 97% artım müşahidə olunur.