Mart ayında bankların kredit portfeli 1.1% və ya 269.6 mln. manat artaraq 24,102.6 mln. manat olub.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.8% (13,201.5 mln. manat)
ıı) istehlak kreditləri – 29.6% (7,141.9 mln. manat)
ııı) ipoteka kreditləri – 15.6% (3,759.2 mln. manat)
Qeyd edək ki, mart ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 137.8 mln. manat (+1.1%), 64.6 mln. manat (+0.9%) və 67.2 mln. manat (+1.8%) artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!