Bankların kredit portfeli 178 milyon manat artıb | Banco.az

Bankların kredit portfeli 178 milyon manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin oktyabr ayında bankların kredit portfeli 0.8% və ya 177.8 mln. manat artaraq 22,459.7 mln. manat olub.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit portfeli illik müqayisədə isə 2 milyard 989 milyon manat və ya 15,3% artıb.

Kredit portfelinin strukturunun 54.5%-ni (12,246.4 mln. manat) biznes kreditləri,  30.1%-ni (6,751.3 mln. manat) istehlak kreditləri, 15.4%-ni (3,462 mln. manat) isə ipoteka kreditləri təşkil edib.

Qeyd edək ki, ay ərzində biznes və istehlak kreditləri müvafiq olaraq 167.7 mln. manat (+1.4%) və 71.2 mln. manat (+1.1%) artıb, ipoteka kreditləri isə 61.1 mln. manat azalıb. İpoteka portfelinin azalması bağlanmış bankla bağlı olub. İpoteka Fondunun vəsaitləri hesabına verilmiş portfel cari ilin noyabr ayının əvvələrində müvəkkil banklara ötürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et