Bankların kredit faizlərindən gəlirləri 1,4 mlrd. manatı ötdü | Banco.az

Bankların kredit faizlərindən gəlirləri 1,4 mlrd. manatı ötdü

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2026-cı ilin yanvar-aprel aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 449,5 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 242,7 milyon manat və ya 20,1% çoxdur.

Banklar 2025-ci ilin ilk 4 ayında 1 milyard 206,8 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 4 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 265,1 milyon manat (17,3%) artaraq 1 milyard 798,6 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram