Bankların kobrend kartları - Araşdırma | Banco.az

Bankların kobrend kartları - Araşdırma

Bankların digər şirkətlərlə əməkdaşlığı əsasında onların müştərək kartları kobrend kartları adlanır. Bank partnyorları ilə təqdim etdiyi bu kartları əldə edən şəxslər həmin şirkətdən məhsul və xidmət alarkən xüsusi endirimlərdən faydalanır.

Bu növ kartların ən geniş yayılmışı mil kartlarıdır. Mil kartları ilə ödəniş zamanı toplanan millərlə aviabilet almaq mümkündür. 

Bu məqalədə isə mil kartları istisna olmaqla, digər kobrend kartları ilə tanış olacağıq. Bankın tərəfdaşları fərqli şirkətlər olduğu üçün hər bir kartın xüsusiyyətlərindən ayrıca bəhs edəcəyik. Qeyd edək ki, siyahıda qeyd olunanlar yalnız debet kartlardır. ASB Bankın Bazar Store ilə birgə əməkdaşlığı çərçivəsində təklif etdiyi Super Extra kartı taksit kartı olduğundan siyahıda qeyd olunmayıb.

Hazırda yalnız 4 bankın bu tip debet kartları var. İlkin olaraq aşağıdakı cədvəldən həmin kartlar və onların ilkin məlumatları ilə tanış olaq.

ABB

Bankın Azercell Co-Brand kartı ilə nağdsız ödənişlər zamanı hər xərclədiyiniz 1 AZN üçün 1 bal qazanırsınız. Daha sonra isə həmin balları şəbəkədaxili danışıq dəqiqələri və ya internet paketlərə dəyişə bilərsiniz. Toplanan balların miqdarını isə “Balans” açar sözünü 2937-ə göndərməklə və bankın mobil tətbiqindən öyrənə bilərsiniz. Balları danışıq dəqiqələri və ya internet paketinə dəyişmək istədikdə isə aşağıdakı cədvəldən seçiminizə uyğun açar sözünü 2937-ə göndərməlisiniz.

Açar sözü

Danışıq dəqiqələri/
internet paketi

25 25 dəq
50 50 dəq
125 125 dəq
250 250 dəq
1000 1 GB
3000 3 GB
7000 7 GB

Toplanmış ballara uyğun danışıq dəqiqələri və ya internet paketləri barədə isə aşağıdakı cədvəldə ətraflı göstərilib.

Balların hesablanması (1 AZN = 1 Bal)
50 bal 25 dəq
100 bal 50 dəq və ya 1 GB internet
250 bal 125 dəq
300 bal 3 GB internet
500 bal 250 dəq
600 bal 7 GB internet

Bundan əlavə, bankın əməkdaşlıq etdiyi digər şirkətlərin məhsul və xidmətlərindən aldığınız zaman da 20%-dək kəşbək qazanırsınız. SMS xəbərdarlıq xidmətinə də pulsuz qoşula bilərsiniz. Nəzərinizə çatdıraq ki, kommunal ödənişlər, mobil operator ödənişləri, dövlət ödənişləri, kredit ödənişləri, KartTransfer, Unique Cash, Quasi Cash ödənişləri zamanı ballar hesablanmır.

Bank Respublika

Bankın Moverkartını əldə edənlər karqo şirkəti olan Mover-in xidmətlərindən istifadə etdikdə bir sıra üstünlüklər əldə edir. Belə ki, müştərilər ödədikləri bütün daşınma haqlarını ödədikdə 15% kəşbək, kuryer xidmətinə və kitab daşınmasına görə 50%, gömrük məsləhətçisi xidmətindən istifadə zamanı isə 30% endirim əldə edəcək.

Bundan əlavə, Paykart bonus sisteminə daxil olan partnyor şəbəkələrindən alış-veriş zamanı da 25%-ə qədər əlavə bonuslar əldə edirsiniz.

Bu şərtlər həm sadə (Mover Visa Classic), həm də premium kartlar (Mover Visa Platinium) üçün keçərlidir.

Mover Visa Platinium kartının isə əlavə üstünlükləri də var. Bu müştərilər Mover-in “Mənə zəng et xidməti”ndən istifadə edir, xarici anbardakı bağlamalarının fotosunu ayda 3 dəfə ödənişsiz olaraq əldə edə bilir. Həmçinin bağlamanı xarici anbardan 3 dəfə ödənişsiz olmaqla geri qaytarmaq kimi üstünlükdən də faydalana bilirlər. Visa Platinum kartının verdiyi digər üstünlükləri isə 2 dəfə pulsuz Covid-19 testi və Bakı aeroportunda VİP zala giriş imkanıdır.

Kapital Bank

Kapital Bankın Umico ilə birlikdə təklif etdiyi kartların əsas üstünlüyü kəşbək bonusları ilə bağlıdır. Kartın statusundan asılı olaraq bu bonuslar da fərqlənir. Birbank Umico kartında Umico partnyorları üzrə 1,5% (31.12.2022 tarixə qədər), digərləri üzrə isə 0,4% kəşbək hesablanır. Umico bonusları ilə 1 ay ərzində qazanıla bilinən maksimum keşbek məbləği 500 AZN-dir.

Bonuslardan Umico partnyor şəbəkəsindəki alış-verişlər zamanı istifadə edilə bilər. Umico və Kapital Bankdan ortaq bonuslarınızı qazanmaq üçün alış-veriş edərkən həm Birbank Umico bank kartı, həm də Umico bonus kartınızı kassirə təqdim etməlisiniz. Bonusları isə Umico mobil tətbiqindən izləyə bilərsiniz.

Dövlət ödənişləri (məhkəmə, cərimə, zəmanət, vergi), poçt, maliyyə qurumları, nəqliyyat ödənişləri zamanı kəşbək hesablanmır.

Birbank Umico Premium kartında da Umico partnyorları üzrə 1,5%, digərləri üzrə 0,65% kəşbək hesablanır. Əvvəlki kartdan fərqli olaraq isə e-kommersiya əməliyyatları üzrə 1,15% kəşbək hesablanır.

Umico Market-də isə əlavə alış-veriş zamanı pulsuz çatdırılmadan, endirim və xüsusi təkliflər barədə öncədən məlumatlandırma, alış-veriş üzrə şəxsi Umico məsləhətçisindən faydalanmaq imkanı olacaq.

Bundan əlavə, hava limanlarında 900-dən çox lounge zallarına limitsiz daxil ola, SPA salonlarında xüsusi təkliflər əldə edə, hava limanlarında kafe və restoranlarda xüsusi endirimlər əldə edə, Duty Free alış-verişləri zamanı endirimlər əldə edə bilərsiniz.

Rabitəbank

Kartmane kartlarında balların hesablanması və onları Azercell danışıq dəqiqələrinə və ya Azercell İnternet paketinə dəyişdirilməsi üçün əvvəlcə kəşbək növlərindən 4-cüsünü seçmək lazımdır. 

Bu zaman YDM-lərdə edilən istənilən hər 1 AZN nağdsız ödənişə görə 0,50 bal, sığorta və notarius ödənişlərə görə 0.75 bal kəşbək kəşbək hesablanır. Digər əməliyyatlar üzrə edilən hər 1 AZN ödənişə görə 1 bal kəşbək hesablanır. Bunun üçün isə minimum dövriyyə tələbi yoxdur.

Ay ərzində digər kəşbək paketlərinə keçid edəndə qazanılan ballar Azercell paketi üzrə Azercell danışıq dəqiqələrinə və ya internet paketinə dəyişilməlidir. Dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan digər kəşbək paketinə transfer edilir

“Azercell” paketi istifadəsi zamanı bankın partnyor şəbəkələri ilə əldə edilmiş razılığa əsasən təyin edilmiş cashback faiz dərəcələri əsasında toplanılan ballar 50 misli həcmində hesablanılır.

Bundan başqa, kartdakı qalığa görə faiz hesablanır. Manat valyutalı Kartmane kartında 4%, Premium Kartmane kartında isə kartdakı qalıq məbləğə görə 6% depozit hesablanır.

Bu kartlardan nağdlaşdırma faizləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz. Qeyd olunan komissiya bankın öz bankomatlarından nağdlaşdırma zamanı tətbiq olunur.

Bu kartları əldə etmək üçün isə aşağıdakı cədvəldə qeyd olunan linklərə keçid edərək sifariş edə bilərsiniz.

Bankın adı Kartın adı

Kartın onlayn sifarişi üçün linklər

ABB Azercell Co-Brand VISA PayWave

https://bit.ly/3AWLsKs

Bank Respublika

Mover Visa Platinium

https://bit.ly/3RlsulJ

Mover Visa Classic

https://bit.ly/3pYovQp

Kapital Bank

Birbank Umico debet

https://bit.ly/3TpDTCT

Birbank Umico Premium debet

https://bit.ly/3PYNrCa

Rabitəbank

Kartmane Debet

https://bit.ly/3RaHrHg

Mastercard Black
Visa İnfinite

https://bit.ly/3RmOLzX

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

co-brand kartlar, kobrand, cashback

Ən sərfəli krediti almaq üçün müraciət et