"Bankların kapitallaşması yüksəlib, dayanıqlılıq artıb" | Banco.az

"Bankların kapitallaşması yüksəlib, dayanıqlılıq artıb"

Bankların sağlamlaşdırılması prosesi, onların kapitallaşdırılması, korporativ idarəetmə sistemlərinin təkmilləşdirməsi və sair tədbirlər uzun müddətlidir. Bu proseslər davam edir və buna təkan verən amillərdən ən önəmlisi Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərman oldu. Məhkəmə hüquq sisteminin təkmilləşdirilməsinə dair Fərman da bu prosesdə mühüm rol oynayacaq.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev jurnalistlərə müsahibəsində deyib.

Z.Nuriyev qeyd edib ki, burada həm məhkəmə qərarlarının icrası məsələləri banklar üçün əhəmiyyətlidir, eyni zamanda, problemli məsələlərin məhkəmələrdə baxılması məsələsi çox önəmlidir. Bütün imzalamış fərmanlar, görülmüş tədbirlər kompleks şəkildə problemin həllinə köməklik göstərəcək. Proses olduqca sürətlə gedir.

Ən sərfəli kredit üçün müraciət et

“Hazırda bankların kapitallaşması yüksəlib, eyni zamanda, banklarda dayanıqlılıq artıb. Banklar yenidən iqtisadiyyatın aktiv şəkildə kreditləşməsi imkanını əldə ediblər. Banklarda izafi likvid vəsaitlər formalaşıb, bunlar uzunmüddətli vəsaitlərdir, banklar bu vəsaitləri kiçik və orta biznesin kreditləşməsini və daha uzunmüddətli olmasına sərf edə biləcək. Bu da bankların həm sağlamlaşmasına, həm kapitallaşmasına və gəlirliliyin artmasına xidmət edəcək”, - deyə o əlavə edib.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et