Bankların ipoteka kreditləri - ARAŞDIRMA | Banco.az

Bankların ipoteka kreditləri - ARAŞDIRMA

İpoteka krediti həm bankların öz vəsaiti hesabına, həm də İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir. Bankların öz hesabına verdiyi kreditlərdə faiz dərəcələri Fondun verdiyi kreditə nisbətdə yüksək olur. Yanvar ayına nəzərən Fondun vəsaiti hesabına verilən kredit faizləri azalıb.

Bu növ kredit, yalnız Azərbaycan Respublikasının vətəndaşına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına görə verilir. Fondun vəsaiti hesabına verilən bu kredit həm adi formada, həm də güzəştli şəkildə vətəndaşlara təqdim olunur. Güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85%-dən çox, kreditlər üzrə ödəniləcək aylıq məbləğ isə borcalanın aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır.  İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır. İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır. 

Onu da qeyd etmək lazımdır ki, ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir. 

Aşağıdakı cədvəldə Fondun vəsaiti hesabına kredit verən bankları sizə təqdim edirik.

Qeyd olunan şərtlər (faizlər, müddət və məbləğ) bankların ümumi məlumatlarıdır. Bu şərtlər əmlakın bazar dəyərindən, kredit götürənin aylıq gəlirindən və s. asılı olaraq dəyişə bilər.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et