Bankların həftə içi iş saatları | Banco.az

Bankların həftə içi iş saatları

Banklar adətən həftənin beş günü 09:00-18:00 arasında fəaliyyət göstərir. Bəzi bankların filialları arasında da işin başlama və bitmə vaxtı fərqlənə bilər. İş vaxtının 18:00-da bitməsinə baxmayaraq, kassa bəzi banklarda 17:00-da, bəzilərində 17:15 və ya 17:30-da bağlanır. Əgər kassa ilə bağlı hər hansı işiniz olacaqsa (nağd kredit almaq, pul göndərmək, ödəniş etmək və s.), bunu nəzərə almağınız məsləhətdir. Əgər kart sifariş vermisinizsə, bu zaman kartı götürmək üçün iş saatın bitməsinədək banka yaxınlaşa bilərsiniz.

Banklar arasında standart iş saatlarından fərqli olan VTB Bankdır. Bankın iş saatı 19:00-dək davam edir. Bundan əlavə, ASB Bankdın Park Bulvar filialı 21:30-dək, Kapital Bankın Hava Limanı şöbəsi, Bakı limanı şöbəsi, Qazax şöbəsi isə 24 saat fəaliyyət göstərir (Şöbə və filial arasında fərqi isə buradan öyrənə bilərsiniz).

Həftə içi bankların iş saatları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz. Standart vaxtlardan fərqli saatlarda fəaliyyət göstərən filial və ya şöbələr cədvəlin aşağısında qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram