2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların faiz və qeyri-faiz gəlirləri artıb.
Banklar 2019-cu ilin Yanvar ayında 162 milyon manat faiz gəlirləri əldə ediblər. Bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 10,2% çoxdur. Belə ki, ötən ilin Yanvar ayında bankların cəmi faiz gəlirləri 146,9 milyon manat təşkil etmişdi.
Bankların kreditlər üzrə faiz gəlirləri isə 24,3% artaraq 114.2 milyon manat təşkil edib.
Bankların faiz gəlirlərinin artması şəraitində faiz xərcləri azalıb. Ötən ilin Yanvar ayında 50,8 milyon manat olmuş faiz xərcləri, 2018-ci ilin Yanvar ayında 49,1 milyon manata düşüb.
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların qeyri-faiz gəlirləri 21,8 milyon manat çox olub. Qeyri-faiz gəlirləri ötən ilin Yanvarında 30,6 milyon manat ikən, cari ilin Yanvarında 52,4 milyon manat təşkil edib.
Bankların qeyri- faiz xərcləri 68,7 milyon manatdan 80,7 milyon manata qalxıb.
Bankların gəlirlərinin artması ilə əlaqədar olaraq əməliyyat mənfəəti də artıb. Ötən ilin Yanvarında 58 milyon manat təşkil etmiş əməliyyat mənfəəti 2019-ci ilin yanvarında 78,2 milyon manat olub.
2018-ci ilin Yanvarında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 28.8 milyon manatı azad olduğundan bankların xalis mənfəəti 86,7 milyon manat təşkil etmişdi.
2019-cu ilin Yanvarında əməliyyat mənfəətinin 32.9 milyon manatı ehtiyatlara ayrıldığından xalis mənfəət 42.6 milyon manat təşkil edib.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln. manatla)
| 
 Mənfəət və zərər maddələri  | 
 31.01.2018  | 
 31.01.2019  | 
| 
 1. Faiz və gəlirlərin bu qəbildən olan növləri  | 
 146.9  | 
 162.0  | 
| 
 1.1 Kreditlər üzrə faizlər  | 
 91.9  | 
 114.2  | 
| 
 - çıx hesablanmış faizlər üzrə yaradılmış məqsədli ehtiyatlar  | 
 
  | 
 6.4  | 
| 
 2. Faiz və onlara bağlı xərclər  | 
 50.8  | 
 49.1  | 
| 
 2.1 depozitlər üzrə faizlər  | 
 31.8  | 
 31.5  | 
| 
 3. Xalis faiz gəliri (zərəri)  | 
 96.1  | 
 106.5  | 
| 
 4. Qeyri-faiz gəlirləri  | 
 30.6  | 
 52.4  | 
| 
 5. Qeyri-faiz xərcləri  | 
 68.7  | 
 80.7  | 
| 
 6. Əməliyyat mənfəəti (zərəri)  | 
 58.0  | 
 78.2  | 
| 
 7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)  | 
 
 (28.8)  | 
 32.9  | 
| 
 
 8. Digər gəlirlər (xərclər)  | 
 
 1.8  | 
 2.6  | 
| 
 
 9. Vergilər ödənilənədək mənfəət (zərər)  | 
 
 88.6  | 
 47.9  | 
| 
 
 10. Mənfəətdən vergilər  | 
 
 1.9  | 
 5.3  | 
| 
 
 11. Xalis mənfəət (zərər)  | 
 86.7  | 
 42.6  | 
Marja
