Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün bu ilin yanvar-iyun aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Naxçıvan Bank", "Bank of Baku", "Bank BTB", "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Kapital Bank", "Rabitəbank", "Turan Bank", "Günay Bank", "Express Bank", "Access Bank", "Unibank" və "PAŞA Bank"dır.
Ən yüksək dinamika "Naxçıvan Bank"da (72,2%), ən aşağı dinamika isə "PAŞA Bank"da (4,8%) qeydə alınıb.
Qalan 13 bankın isə faiz gəlirləri azalıb. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (24,4%), ən az azalma isə "Xalq Bankda (1%) qeydə alınıb.
3 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı faiz gəlirləri 100 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (215,843 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (202,225 milyon manat) və "PAŞA Bank"dır (105,038 milyon manat).
Qalan 23 bankdan 1-də faiz gəlirləri 50-100 milyon manat arasında, 15 bankda 10-50 milyon manat arasında, 6 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!