Bankların əməliyyat xərclərində vəziyyət necə dəyişib? | Banco.az

Bankların əməliyyat xərclərində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin yanvar-iyun aylarındakı əməliyyat xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Azər-Türk Bank", "Bank VTB Azərbaycan", Pakistan Milli Bankının Bakı filialı, "Access Bank", "Premium Bank", "Bank Avrasiya", "Express Bank", "AFB Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Muğan Bank"dır.

Ən çox azalma "Muğan Bank"da (10,4%), ən az azalma isə "Azər-Türk Bank"da (1,9%) qeydə alınıb.

Qalan 16 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika "PAŞA Bank"da (50,9% az), ən aşağı dinamika isə "Günay Bank"da (0,7%) qeydə alınıb.

4 bankın əməliyyat xərcləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-iyun aylarındakı əməliyyat xərcləri 40 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (151,115 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (127,534 milyon manat), "PAŞA Bank"dır (94,211 milyon manat) və "Access Bank"dır (50,831 milyon manat).

Ən sərfəli kredit üçün müraciət et

Qalan 22 bankdan 14-də əməliyyat xərcləri 14-48 milyon manat arasında, 6 bankda 2-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et