Bankların əməliyyat mənfəətində vəziyyət necə dəyişib? | Banco.az

Bankların əməliyyat mənfəətində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu ilin yanvar-iyun aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

Bunlar "Turan Bank", "Günay Bank", "Express Bank", "Naxçıvan Bank", "Bank of Baku", "Rabitəbank", "Kapital Bank", "Bank BTB" və "Xalq Bank"dır. Ən yüksək dinamika "Turan Bank"da (16,2 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da 4,4%) qeydə alınıb.

12 bankın - "AFB Bank", "Bank Avrasiya", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Azər-Türk Bank", İran Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Access Bank" və "Unibank"ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma "Unibank"da (84%), ən az azalma isə "AFB Bank"da (1,2%) qeydə alınıb.

1 bankın - "Bank VTB Azərbaycan"ın əməliyyat zərəri 23,5% artıb, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri 2,5% azalıb.

2 bank - "Muğan Bank" və "Yelo Bank" bu ilin yanvar-iyun aylarında əməliyyat zərəri ilə üzləşib, ötən ilin eyni dövründə isə əməliyyat mənfəəti əldə edib, 1 bank - "Premium Bank" isə bu ilin I yarısından əməliyyat mənfəəti ilə çıxıb, ötən ilin eyni dövründə əməluyyat zərərinə uğrayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

4 bank əməliyyat zərərinə uğrayıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü bu ilin yanvar-iyun aylarında əməliyyat mənfəəti əldə etməyib, başqa sözlə əməliyyat zərərinə uğrayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Yelo Bank", "Muğan Bank" və "Bank VTB Azərbaycan"dır.

Zərərin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (3,449 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (235 min manat) qeydə alınıb.

Qalan 22 bankın müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Ən yüksək göstərici "Kapital Bank"da (165,677 milyon manat), ən aşağı göstərici isə "Azər-Türk Bank"da (457 min manat) qeydə alınıb.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et