Araşdırma: Gülnar Əhmədli, Banco.az
Kreditlərin bir növü də əmanət girovu əsasında verilir. Belə ki, bəzi hallarda banka depozit yerləşdirdikdən sonra qəflətən pula ehtiyac olur. Bu zaman ya müqaviləni pozub depoziti götürməlisən ki, bu halda heç bir əlavə faiz verilmir (Bəzən bu müddətdən asılı olaraq dəyişə bilir. Lakin hər bir halda, müqavilə pozularsa, banka yerləşdirdiyiniz eyni faizlərlə götürmək mümkün deyil). Və ya ehtiyacınız olan miqdar əmanətinizin məbləğindən daha azdır. Bu zaman əmanətinizi girov saxlamaqla kredit götürə bilərsiniz.
Bu halda siz əmanətinizin 90% (Yelo Bank-da 100%-dək) hissəsinədək kredit əldə edə bilirsiniz. Əmanətin maksimum 90%-i bankın müəyyən etdiyi məbləği aşmamalıdır. Kreditin müddəti isə əmanətin müddəti ilə məhdudlaşır. Bir neçə bankda müddət fərqlidir. Həmin banklar siyahıda qeyd edilib. Kredit faizləri isə yerləşdirdiyiniz depozitin faizindən asılıdır. Banklardan asılı olaraq bu faizlər depozit faizindən 2%-6% çox olur.
Ətraflı:
Bizi sosial şəbəkələrdən izləyin!!