Bankların dollar tələbi yenidən artıb | Banco.az

Bankların dollar tələbi yenidən artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 75,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (11 iyun) müqayisədə 10.6 milyon dollar və ya  16.4% çoxdur.

Qeyd edək ki, bu ayın əvvəlindən bəri keçirilən 4 hərracda ümumi tələb 309.9 milyon dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram