Bankların dollar tələbi niyə azalıb? | Banco.az

Bankların dollar tələbi niyə azalıb?

Müəllif: Gülnar Əhmədli Banco.az

Mərkəzi Bankda keçirilən son valyuta hərraclarında dollar tələbi yenidən azalıb. Belə ki, bankda keçirilən son hərracda tələb 15,7 milyon ABŞ dolları olub və tam təmin edilib. Bundan əvvəlki 2 hərracda isə tələb 39,9 milyon ABŞ dolları və 20,5 milyon ABŞ dolları səviyyəsində olub. 

Bəs hərraclarda bankların dollar tələbinin aşağı olmasının səbəbləri nələrdir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, dollar alışının azalmasının bir neçə səbəbi var:

"Dövlət Neft Fondu bazarda kifayət qədər dollar satır. Banklar istədikləri qədər dolları hərraclarda ala bilirlər. Əsas məsələ odur ki, manata inam artıb. Manata qarşı təzyiq olmadığı üçün vətəndaşlar dollar almırlar. İnvestisiyalarını manatda yatırırlar".

İqtisadçı qeyd edib ki, idxalın sürətlə artmaması və qeyri-neft ixracının artması kimi amillər manata təzyiqlərin olmadığından xəbər verir: "Vətəndaşlar dolların məzənnəsinin qarşıdakı 12 ay ərzində dəyişəcəyini gözləmirlər. Neft Fondu bu dövrdə bazara kifayət qədər dollar çıxarır. Bu səbəblə də banklar öz tələblərini rahatlıqla hərrac vasitəsilə ödəyirlər".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et