Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 64,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (25 yanvar) müqayisədə 21,4 milyon dollar və ya 1,5 dəfə çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, ilin əvvəlindən bəri keçirilən 7 hərracda bankların dollar tələbi aşağıdakı kimi dəyişib:
Tarix (2024-cü il üzrə) |
Tələb |
30 yanvar |
64,2 milyon dollar |
25 yanvar |
42,8 milyon dollar |
23 yanvar |
43,9 milyon dollar |
18 yanvar |
58 milyon dollar |
16 yanvar |
52,9 milyon dollar |
11 yanvar |
80,4 milyon dollar |
9 yanvar |
74,9 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!