Bankların dollar tələbi 84% artıb | Banco.az

Bankların dollar tələbi 84% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 54,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 24,7 milyon ABŞ dolları və ya 84% çoxdur. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Qeyd edək ki, sentyabrın 28-də keçirilən hərracda tələb 29,4 milyon ABŞ dolları olub və tam təmin edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et