Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 45,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 18,9 milyon ABŞ dolları və ya 71% çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, sentyabrın 19-da keçirilən hərracda tələb 26,6 milyon ABŞ dolları olub və tam təmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!