Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 22,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 43,2 milyon dollar və ya 65,3% azdır.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!