Bankların dollar tələbi 4% azalıb | Banco.az

Bankların dollar tələbi 4% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 58,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 2,4 milyon ABŞ dolları və ya 3,7% azdır. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Qeyd edək ki, avqustun 24-də keçirilən hərracda tələb 61,33 milyon ABŞ dolları olub və tam təmin edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram