Bankların dollar tələbi 2 dəfə artıb | Banco.az

Bankların dollar tələbi 2 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 50,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. 

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 27,1 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Qeyd edək ki, oktyabr ayı ərzində keçirilən hərraclarda tələb cədvəldəki kimi olub:

Tarix

Tələb

26 oktyabr

50,5 milyon dollar

24 oktyabr

23,4 milyon dollar

19 oktyabr

17,8 milyon dollar

17 oktyabr

6,9 milyon dollar

12 oktyabr

41 milyon dollar

10 oktyabr

47,4 milyon dollar

5 oktyabr

9,7 milyon dollar

3 oktyabr

54,1 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et