Bankların dollar tələbi 14% azalıb | Banco.az

Bankların dollar tələbi 14% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 68,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (29 fevral) müqayisədə 11,1 milyon dollar və ya 13,9% azdır.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralda keçirilən 9 hərracda bankların dollar tələbi 870,6 milyon ABŞ dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram